“Qarabağ” və Marko Yankoviçə ağır cəza
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunda yarımfinalda keçirilən “Sabah” – “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Qərarlar:
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 6500 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 1000 manat cərimə edilsin (maddə 46);
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının 8 nömrəli futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 25500 manat cərimə edilsin (maddə, 45.3, 51.2, 53.3, 87.1);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 7000 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” komandası 5000 manat cərimə edilsin. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılansın (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 18000 manat cərimə edilsin (maddə 45.3, 52.4);
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 45.3)