“Frozinone” yenidən A Seriyasında!
İtaliya B Seriyasının 38-ci turunun sonuncu turunun oyununda “Frosinone” doğma meydanda “Mantova”nı yenməklə A Seriyasına yüksəlib.
Arena.az xəbər verir ki, sözügedən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəticədə “Frozinone” İtaliya B Seriyasının 2025/2026-cı illər mövsümünü 81 xalla ikinci pillədə başa vurub. Bununla da komanda 2023/2024-cü illər mövsümündən bəri oynamadığı A Seriyasına vəsiqəni təmin edib.
Xatırladaq ki, daha əvvəl “Venesiya” lider kimi elitaya vəsiqəni rəsmiləşdirmişdi. Çempion mövsümü 82 xalla bitirib.
A Seriyasına sonuncu vəsiqə uğrunda isə 6 klub mübarizə aparacaq. Pley-off mərhələsinin ilk oyunları 12 mayda keçiriləcək. Şansını saxlayan komandalar bunlardır:
- Montsa – 76 xal
- Palermo – 72 xal
- Katanzaro – 59 xal
- Modena – 55 xal
- Yuve Stabiya – 61 xal
- Avellino – 49 xal
Sonda onu da əlavə edək ki, “Piza” və “Verona” artıq İtaliya A Seriyasını tərk ediblər. Digər bəxtsiz isə “Kremoneze”, “Leççe”, “Fiorentina” və ya “Kalyari”dən biri olacaq.