AMF rəsmisi Baş Assambleyada nələri müzakirə etdi?
Azərbaycan Minifutbol Federasiyasının(AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən 23-cü Baş Assambleyada iştirak edib.
Futbolpress.az xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak edərək minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıb.
Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.