Normal view

Today — 6 June 2026Main stream

Lennart Karl DÇ-2026-da iştirak etməyəcək

6 June 2026 at 18:00

“Bayern”in yarımmüdafiəçisi Lennart Karl qarşıdakı dünya çempionatında (DÇ-2026) futbol üzrə Almaniya millisinə kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqına istinadən xəbər verir.

18 yaşlı futbolçu zədələndiyi üçün millinin heyətindən kənarlaşdırılıb. Karl Çikaqoda ABŞ seçməsi ilə yoxlama oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Nagelsmann turnir üçün komandaya onun əvəzinə “Leypsiq”in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.

Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.

Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Kot-d’İvuar və Ekvadorla mübarizə aparacaq.

Xatırladaq ki, Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu 2025-ci ildən əsas komandaya cəlb edilir. O, Münhen klubunun əsas komandasının heyətində 40 oyuna çıxıb, 9 qol vurub, 8 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 və U-21 yığmalarında oynadıqdan sonra 2026-cı ildə əsas millidə debüt edib. O, millinin heyətində 3 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

❌
❌