Normal view

Today — 2 July 2026Main stream

Enner Valensiya milli karyerasını başa vurdu

2 July 2026 at 20:00

Ekvador yığmasının hücumçusu Enner Valensiya DÇ-2026-nın 1/16 finalında Meksikaya məğlubiyyətdən (0:2) sonra milli karyerasını başa vurduğunu elan edib.

Arena.az xəbər verir ki, 36 yaşlı forvard final fitindən sonra emosiyalarını cilovlaya bilməyərək diz çöküb və ağlayıb.

O, yığma ilə belə sağollaşıb: “Kədərliyəm, amma eyni zamanda rahatam, çünki hər zaman Ekvador yığmasına sadiq olmuşam. Bu, millidəki son oyunum idi. Hamı ilə sağollaşdım. Çox qəmli gündür. Vidalaşmağımın məhz bu cür olmasını istəməzdim”.

Enner Valensiya 2012-ci ildən Ekvador yığmasında çıxış edirdi. O, millinin heyətində keçirdiyi 109 oyunda 49 qol vurub və 15 məhsuldar ötürmə edib.

Ekvadorlu forvard hazırda Meksikanın “Paçuka” klubunun uğurları üçün çalışır. Təcrübəli hücumçu daha öncə “Emelek”, “Vest Hem”, “Everton”, “Tiqres UANL”, “Fənərbağça”, “İnternasyonal” kimi klubların da formasını geyinib.

Millinin hücumçusu karyerasını bitirdi

2 July 2026 at 17:17

Ekvador millisinin futbolçusu Enner Valensiya yığmadakı karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. O, DÇ-2026-da Meksikaya qarşı pley-off oyununun yığmadakı son matçı olduğunu qeyd edib.

Valensiya Ekvador millisində 109 oyunda 49 qol vurub.

❌
❌