“Çelsi” “Real”ın futbolçusunu transfer etmək istəyir
16 June 2026 at 22:48
“Real”ın futbolçusu Alvaro Karreras karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Çelsi” cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. London klubu Alvaro üçün danışıqlara başlayacaq.
Karreras 2025-ci ilin yayında “Benfika”dan “Real”a keçib. O, başa çatan mövsümdə 28 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.