Normal view

Today — 25 May 2026Main stream

Fabreqasın komandasından tarixi uğur

25 May 2026 at 17:31

İtaliya A Seriyasında 2025/26 mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” sonuncu turda “Kremoneze”ni məğlub edib – 4:1. Komanda liqada mövsümü 71 xalla 4-cü sırada bitirib.

“Komo” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

Before yesterdayMain stream

Fabreqas: “Ya “Real”a gedəcək, ya da bizimlə qalacaq”

23 May 2026 at 15:56

“Komo”nun baş məşqçisi Sesk Fabreqas adı “İnter”lə hallanan Niko Pasla bağlı açıqlama verib.

Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis argentinalı futbolçunun “neradzurra”ya keçməyəcəyini bildirib:

“Pas hələlik bizimlədir. O, “İnter”də oynamayacaq. Ya “Real”a gedəcək, ya da bizimlə qalacaq. Başqa variant yoxdur”.

Pas bu mövsüm A Seriyasında 35 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.

❌
❌