Mustafa üçün yeni müqavilə
7 July 2026 at 17:07
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək. O, 2023-cü ildən komandamızın heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.