Neymar Braziliya millisindəki karyerasını başa vurdu
Futbol üzrə Braziliya milli komandasının tarixindəki ən məhsuldar oyunçu olan Neymar yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
34 yaşlı hücumçu qərarını emosional sözlərlə ifadə edib:
“Bir neçə dəfə cəhd etdim, amma alınmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm”.
Neymar Braziliya millisində son oyununa dünya çempionatının (DÇ-2026) 1/8 finalında çıxıb. O, Norveçə 1:2 hesabı ilə uduzduqları görüşdə sonradan meydana daxil olub və əlavə olunmuş vaxtda penaltini dəqiq yerinə yetirərək 2023-cü ildən bəri milli komandadakı ilk qolunu vurub. Lakin bu qol Braziliyanı məğlubiyyətdən xilas etməyib.
Təcrübəli futbolçu milli komandanın heyətində keçirdiyi 130 oyunda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. O, bu göstərici ilə Braziliya millisinin tarixinin ən yaxşı bombardiridir.
Qeyd edək ki, Neymar dünya çempionatlarında da bir sıra əlamətdar nailiyyətlərə imza atıb. O, Norveçlə oyunda vurduğu qolla Peledən sonra dörd müxtəlif dünya çempionatında fərqlənən ikinci braziliyalı futbolçu olub. Bundan əlavə, həmin görüşdə meydana çıxmaqla dünya çempionatlarında keçirdiyi oyunların sayını 15-ə çatdıraraq Peleni geridə qoyub və bu göstəricidə Braziliya tarixində yalnız Kafudan geri qalır.