“Şəfa” onunla “davam” dedi
17 June 2026 at 18:06
“Şəfa” FK futbolçusu Ramin Nəsirli ilə müqavilə müddətini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu yeni 1 illik sözləşməyə imza atıb.
Ramin Nəsirli 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir.
Bakı təmsilçisi yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.