Normal view

Today — 21 May 2026Main stream

Neymar zədə aldı, “Santos”un həkimi durumunu açıqladı

21 May 2026 at 14:00

Futbol üzrə Braziliya milli komandasının və “Santos” klubunun hücumameyilli yarımmüdafiəçisi Neymar baldır əzələsindən zədə alıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Amma klubun tibb departamentinin rəhbəri Rodriqo Zoqaib futbolçunun zədəsinin ciddi olmadığını söyləyib. O, 34 yaşlı futbolçunun sağ baldır əzələsindəki problemin mayın 27-nə qədər tam formaya düşməsinə mane olmayacağını qeyd edib. Komandasının növbəti oyunlarını buraxacaq təcrübəli hücumçunun gələn həftə Braziliya yığmasının düşərgəsinə qoşulacağı gözlənilir.

Neymarın müalicəsinin “Santos”un məşq mərkəzində davam etdirdiyi, onun həmçinin Braziliya millisinin həkimlərinin də ciddi nəzarəti altında olduğu qeyd edilib.

Xatırladaq ki, Neymar Braziliya millisinin qarşıdakı dünya çempionatı üçün açıqlanmış heyətində də yer alıb.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Neymar dünya çempionatını buraxa bilər

21 May 2026 at 10:25

“Santos”un futbolçusu Neymar zədələnib.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu “Koritiba” ilə matçda zədə alıb. Bu barədə “Globo” nəşri məlumat yayıb.

Daha əvvəl Braziliya yığmasının dünya çempionatı üçün heyətinə çağırılan Neymarın mundialda iştirakı sual altındadır.

Braziliya millisi ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi turnirdə C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq. “Sambaçılar” ilk oyunu iyunun 14-də Mərakeşə qarşı keçirəcək.

Before yesterdayMain stream

Felipe Santos Benin millisinə dəvət aldı

13 May 2026 at 13:00

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın sol vingeri Felipe Santos futbol üzrə Benin milli komandasına dəvət olunub.

Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı futbolçu mayın 25-dən iyunun 9-na qədər Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib. Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.

Xatırladaq ki, əslən Braziliyadan olan Felipe Santos 2025-ci ildə Benin pasportu alıb. Bu isə ona Benin millisində oynamaq imkanı yaradıb.

Felipe Santos 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 65 oyunda 21 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Santos daha öncə Azərbaycanda “Şamaxı” (25 oyun, 7 qol, 5 assist) və “Qəbələ”nin (43 oyun, 6 qol və 15 assist) də formasını geyinib. O, karyerası ərzində “Maribor”, “Hapoel” (Hayfa), “Ankaran” və “Paulista” kimi klublarda da çıxış edib.

❌
❌