Normal view

Yesterday — 4 June 2026Main stream

“Ayın qolu”: May ayının qalibləri bəlli oldu – Video

4 June 2026 at 18:30

Peşəkar Futbol Liqası (PFL) tərəfindən təşkil edilmiş “Ayın qolu” layihəsi çərçivəsində 2026-cı ilin may ayının qalibləri müəyyənləşib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasında may ayının ən yaxşı qolunun müəllifi “Sabah”ın vingeri Xəyal Əliyev olub. O, Premyer Liqanın 33-cü turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la səfər oyununda komandasının ikinci qoluna imza atmışdı. Bu oyun “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Birinci Liqada Elmin Bayramov (“Mingəçevir”), İkinci Liqada Taleh Hüseynzadə (“Göygöl”) birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

❌
❌