Millinin Lixtenşteyn və Litva ilə oyunlarının məkanı bilindi
1 July 2026 at 18:31
Azərbaycan milli komandasının oktyabrda UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
A milli D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda, oktyabrın 4-də Litva kollektivini isə Gəncə şəhər stadionunda qəbul edəcək.