İtaliya klubu Addai ilə maraqlanır
“Qarabağ”dan ayrılan Emmanuel Addai karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Leççe” qanalı vingerin xidmətində maraqlıdır. Bu barədə Afrika mətbuatı məlumat yayıb. Hazırda azad agent olan Addaiyə daha bir neçə ölkədən təkliflər var və o, hələ seçimini etməyib.
Addai ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib.