Basketbol millimiz son oyunda irlandlara uduzdu
Kişilərdən ibarət basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının (AÇ-2029) seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv bu gün İrlandiya yığmasını qəbul edib.
Bakı İdman Sarayındakı təşkil edilmiş matç yığmamız üçün uğursuz alınıb. Belə ki, Azərbaycan millisi bu görüşdə rəqibinə 70:76 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Azərbaycan milli komandası İrlandiya yığmasına qarşı səfərdə keçirdiyi oyundan 76:75 hesablı qələbə ilə qayıtmışdı. Amma bu rəqiblə ev oyununda oxşar uğuru təkrarlamaq mümkün olmayıb.
Basketbol millimiz daha əvvəl Şimali Makedoniyaya səfərdə 49:87, evdə 70:78, Lüksemburqa isə evdə 90:95 hesabı ilə uduzmuşdu. Lüksemburqla səfər oyununda isə Azərbaycan millisi 76:74 hesabı ilə qalib gəlmişdi.
Beləliklə, A qrupunda bütün oyunlarından qalib ayrılmış Şimali Makedoniya yığması birinci yerlə növbəti mərhələyə adlayıb. Lüksemburq yığması 8 xalla ikinci olubsa, eyni xala malik İrlandiya üçüncü, Azərnbaycan yığması sonuncu yeri tutub.