Reading view

DÇ-2026: “Sabah”ın legioneri ehtiyat oyunçu qismində

“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev Özbəkistan millisinin ABŞ-dəki düşərgəsindədir.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi dünya çempionatı üçün heyətə daxil edilməsə də, oyunlara qədər ehtiyat futbolçu qismində məşqlərdə iştirak edir. Umarali əsas heyətdən kiminsə zədələnmək ehtimalına qarşı düşərgədədir.

Özbəkistan millisi dünya çempionatında K qrupunda Portuqaliya, Kolumbiya və Konqo ilə mübarizə aparacaq.

❌