Reading view

Venger Artetanı təriflədi

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger “topçular”ın indiki baş məşqçisi, ispaniyalı mütəxəssis Mikel Arteta haqda fikrini bildiib.

Arena.az fransız mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Arteta işini yaxşı görüb. O, oyunçularına nizam-intizam, güclü komanda ruhu aşılayıb”, deyə Venger vurğulayıb.

Xatırldaq ki, Arteta “topçular”a Arsen Vengerdən sonra, son 22 il ərzində ilk dəfə olaraq İngiltərə çempionluğunu qazandırıb. “Arsenal” Premyer Liqanın 2025/2026-cı illər mövsümünün qalibi olub. Amma İngiltərə çempionu UEFA Çempionlar Liqasının da finalına yüksəlməsinə rəğmən, həlledici oyunda Fransa nəhəngi PSJ-yə uduzub.

“Arsenal”ın fransalı mərkəz müdafiəçisi Vilyam Saliba isə “topçular”ın İngilətərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün çempionluğunu qazanmasını şərh edib. Fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edirik:

“22 ildən sonra çempionluq qənimətini olmalı olduğu yerə qaytardıq”, deyə Saliba vurğulayıb.

“Transfermarkt” dünyanın ən bahalı oyunçularını açıqladı

“Transfermarkt” internet-portalı dünyanın ən bahalı qapıçısının, müdafiəçisinin, yarımmüdafiəçisinin və hücumçusunun adını açıqlayıb.

Arena.az xəbər verir ki, hazırda dünyanın ən bahalı qapıçı “Mançester Siti”nin (İngiltərə) və İtaliya yığmasının əsas heyət üzvü Canluici Donnarummadır.

Nüfuzlu internet-portal italyan qapıçının transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Dünyanın ən bahalı müdafiəçisi isə “Arsenal”ın (İngiltərə) və Fransa yığmasının mərkəz müdafiəçisi Vilyam Salibadır. Nüfuzlu internet-portal, Vilyam Salibanın transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Dünyanın ən bahalı yarımmüdafiəçisi “Barselona”nın (İspaniya) və İspaniya yığmasının mərkəz yarımmüdafiəçisi Pedridir. Pedrinin transfer dəyəri 140 milyon avro məbləğində qiymətləndirilir.

“Transfermarkt” dünyanın ən bahalı hücumçularının siyahısında bir yox, üç futbolçuya yer verib: Lamin Yamal (“Barselona”), Kilian Mbappe (“Real”) və Erlinq Haland (“Mançester Siti”). Nüfuzlu internet-portal, bu futbolçuların hər birinin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

❌