Reading view

“Ağstafa Gəncləri” II Liqadakı yerini qorudu

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, Region Liqası təmsilçisi “Biləsuvar”la II Liqanın 11-cisi “Ağstafa Gəncləri” üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutan görüş “Ağstafa Gəncləri”nin qələbəsiylə başa çatıb – 3:0. Komanda II Liqadakı yerini qoruyub.

❌