“Ağstafa Gəncləri” İkinci Liqada qaldı!
Bu gün 2026/2027-ci illər mövsümündə İkinci Liqada çıxış etmək üçün “Biləsuvar” və “Ağstafa Gəncləri” arasında pley-off matçı keçirilib.
Arena.az xəbər verir ki, qarşılaşma Yevlax şəhər stadionunda təşkil olunub.
Görüşü Rəşad Əhmədov idarə edib. Ona yan xətt hakimləri Rahil Ramazanov və Tərlan Talıbzadə kömək ediblər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirib.
Xatırladaq ki, Ağstafa təmsilçisi 2025/2026-cı illər mövsümündə İkinci Liqanı 11-ci pillədə başa vurmuşdu. “Biləsuvar” isə Region Liqasının bürünc medalçısı idi. Qalib tərəf İkinci Liqada, məğlub olan isə Region Liqasında çıxış edəcəkdi.
Oyun ağstafalıların inamlı qələbəsiylə yekunlaşıb. 3 cavabsız qola sevinmiş bu komanda İkinci Liqadakı yerini qoruyub. “Biləsuvar” isə növbəti mövsümdə də Region Liqasında mübarizə aparacaq.
İkinci Liqa uğrunda pley-off oyunu
29 may
“Biləsuvar” – “Ağstafa Gəncləri” 0:3
Qollar: Əli Bağırov, 9. Adil Tağıyev, 45+2. Eltac Hüseynov, 47.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Rauf Cabbarov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 16:00.
Biləsuvar: 93. Sabir Abbasov, 47. Qoşqar Babayev, 66. Cavanşir Cavanşirov, 77. Sahib Cümşüdov, 12. Emil Həsənzadə, 74. Kənan İbişov (k), 50. Kamran Kərimov, 9. Zaur Nuruzadə, 10. Süleyman Piriyev, 14. Surac Şahbazov, 42. Valid Yusubzadə.
Ehtiyat oyunçular: 1. Əli Fətullayev, 20. Əskər Əskərov, 21. Məmməd Məmmədov, 88. İbrahim Nağıyev, 15. Ruslan Tağızadə, 7. Asim Urufov.
Məşqçi: Adil Bədəlov.
Ağstafa Gəncləri: 1. Elgün Əmiraslanov, 20. Əli Bağırov (k), 8. Elgün Namazov, 22. Adil Tağıyev, 2. İlkin Allahverdiyev, 5. Kamran Hüseynov, 24. Eşqin Kərimli, 17. Elgün Salıfov, 13. Ramin Süleymanov, 15. Nicat Oruclu, 7. Hüseyn Alıyev.
Ehtiyat oyunçular: 16. Uğur Məmmədhüseynov, 18. Elvin Qəmbərov, 4. Sənan Yusibov, 12. Tural Məmmədov, 9. Eltac Hüseynov, 6. Turan Məmmədov, 19. Ayxan Alıyev.
Məşqçi: Aqil Kərimli.