Barker “Sumqayıt”a qayıtdı
“Karvan-Yevlax” ilə İmani Barker arasında bağlanmış icarə müqaviləsinin müddəti başa çatıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransız futbolçu Yevlax təmsilçisinin heyətində 24 oyun keçirib və 2 qol vurub.
Barker müqavilə ilə məxsus olduğu “Sumqayıt”a qayıdıb.