Normal view

Today — 15 December 2025Main stream

“Kəpəz” “zirzəmi”dən uzaqlaşır

15 December 2025 at 11:13

“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib. Yevlax şəhər stadionunda baş tutan görüş nominal meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

Azər Bağırovun gəlişindən sonra oyun planında artıran “Kəpəz” “Qəbələ” ilə matçda üstün tərəf kimi oynadı. Hər iki hissədə daha çox qol epizodu yaradan gəncəlilər layiqli üç xalı aktivinə yazdırdı. QələbəKəpəz”i həm sonuncu pillədəki “Karvan-Yevlax”dan bir az uzaqlaşdırdı, həm də liqada qalmaq yolundakı əsas rəqibi “Qəbələ“yə qarşı şəxsi oyunlardakı ümumi hesabı bərabərləşdirdi. Dövrənin ilk matçında “qırmızı-qaralar” üç xal götürən tərəf idi.

Qəbələ“də əsas problem heyətlə bağlıdır. Təcrübəsiz və gənc legionerlərlə liqada qalmaq mübarizəsi aparan bölgə klubunun güclənməsinə ehtiyac var. Çempionatda ən çox qol epizodu yaradan kollektivlərdən olmasına baxmayaraq, “Qəbələ” 14 turda cəmi 10 qol vurub. Bu, liqanın ən aşağı ikinci göstəricisindən biridir. Bu heyətlə komandanın elitada qalması çətin görünür.

“Kəpəz” isə mühüm qələbə qazandı. Bağırovun komandası qış fasiləsinə az qala sonuncu “Karvan-Yevlax”dan 4 xal önə keçdi. Düzdür, Yevlax təmsilçisinin bu gün “İmişli”yə qarşı vacib görüşü var və qələbə xal fərqini azalda bilər. Lakin indiki məqamda komandanın son turlardakı oyunu və potensialı yaxşı nəticəyə ümid vermir. “İmişli” daha nizamlı və nəticəyə oynamağı bacaran kollektivdir.

Şahin Cəfərov

“İmişli” “Karvan-Yevlax”a, “Neftçi” “Sumqayıt”a qarşı – YENİLƏNİR

15 December 2025 at 09:04

Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “İmişli” Qubada “Karvan-Yevlax”ı qəbul edəcək. Tura “Neftçi” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XV tur

15 dekabr

14:00 İmişli – Karvan-Yevlax
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu

19:00 Neftçi – Sumqayıt
Baş hakim: Rauf Cabarov
“Palms Sports Arena”

❌
❌