“Turan Tovuz”un futbolçusunun dəyəri düşdü
“Turan Tovuz”un futbolçusu Roderik Millerin transfer dəyəri düşüb.
Futbolpress.az xəbər verir ki, panamalı müdafiəçinin “transfermarkt”da qiyməti 175 min avroya enib. Bundan əvvəlki rəqəm 200 min avro idi.
Miller başa çatan mövsümdə Misli Premyer Liqasında 24 oyunda 2 məhsuldar ötürmə edib.
Futbolçu Panama millisinin dünya çempionatı üçün heyətinə dəvət alıb. Onun komandası mundialda L qrupunda Xorvatiya, Qana və İngiltərə ilə bir qrupda mübarizə aparacaq.