Reading view

Fransa klubu baş məşqçisi ilə vidalaşdı

Fransanın “Oser” klubu baş məşqçisi Kristof Pelisye ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Kristof 2022-ci ildən “Oser”ə rəhbərlik edirdi. Komanda onun başçılığı altında Liqa 1-də mövsümü 15-cı sırada bitirib.

❌