Reading view

Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Komanda.az xəbər verir ki, fərdi yarışda qazaxıstanlı və qırğızıstanlı rəqiblərinə qalib gələn təmsilçilərimiz 5 qızıl və 1 gümüş medala sahib çıxıblar.

Sona Ağayeva (BC2), Günel Rzazadə (BC4), Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2) və Zaur Veysəlov (BC4) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.

Bocciaçılarımız sabah komanda yarışında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan milli komandaları ilə mübarizə aparacaqlar.

The post Azərbaycan paralimpiyaçıları Qazaxıstanda 5 qızıl medal qazanıblar appeared first on Komanda.az.

Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu”

Azərbaycan Cüdo Federasiyası (ACF) paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.

Komanda.az xəbər verir ki, 28 oktyabr – Ümumdünya Cüdo Günü ilə əlaqədar təşkil olunan turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.

Layihə cüdonun dəyərlərini – hörmət, cəsarət və dostluğu daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib. 28 oktyabr həm də cüdonun banisi Ciqoro Kanonun doğum günüdür. Cüdo hər kəsin əsl potensialını ortaya çıxara, özünü kəşf edə biləcəyi sistemdir.

Azərbaycanda cüdoya maraq sürətlə artır. Son illərdə idmançılarımız ən mötəbər arenalarda ölkəmizin bayrağını zirvəyə qaldırıb. Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya və dünya çempionlarımızın uğurları bütün ölkəyə böyük sevinc bəxş edib.

ACF-nin sistemli fəaliyyəti bu nailiyyətlərin əsasını təşkil edir. Regionlarda cüdonunun əhatə dairəsinin genişləndirilməsi, yeni təlim-məşq mərkəzlərinin istifadəyə verilməsi, məktəblilər üçün maarifləndirici kampaniyalar, məşqçi və hakimlər üçün ixtisasartırma proqramları, eləcə də inklüziv və kütləvilik yönümlü layihələr cüdonun ölkəmizdə davamlı inkişafına xüsusi töhfə verir.

The post Bakıda Ümumdünya Cüdo Günü ilə əlaqədar “Şəhər turu” appeared first on Komanda.az.

Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

The post Yeniyetmə boksçular AÇ-nin hazırlığına başlayıb appeared first on Komanda.az.

“Zəfər Kuboku 2025” turnirinin qalibləri bilindi

Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə atıcılığı üzrə “Zəfər Kuboku 2025” turnirinin qalibləri müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı mübarizə aparıb.

Nəticələri təqdim edirik:

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Nikol Kurylenak (Belarus)

2. Darya Chuprys (Belarus)

3. Əfsanə Elvina (Azərbaycan)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma

1. Ruslan Qəhrəmanov (Azərbaycan)

2. Əliməmməd Hüseynov (Azərbaycan)

3. Ramiz Xəlilov (Azərbaycan)

Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. Nigar Nəsirova (Azərbaycan)

2. Liubov Yaskevich (Belarus)

3. Zoya Dasko (Belarus)

Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma

1. İvan Kazak (Belarus)

2. Uladzislau Dzemesh (Belarus)

3. Vladislav Kalmıkov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışı

1. Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)

2. Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)

3. Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışı

1. Dasko Zoya / Krautsou Yury (Belarus)

2. Piatrova Aliaksandra / Dzemesh Uladzislau (Belarus)

3. Prodiashvili Mariami / Mumladze Giorgi (Gürcüstan)

Ali dünya üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.

DÇ-nin son günündə daha bir medal

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə millinin daha bir üzvü fəxri kürsüyə qalxıb.

Ayxan Abdullazadə (65 kq) təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovu 4:1 hesabıyla üstələsə də, bürünc medal görüşündə qırğızıstanlı Bilal Şərif Uuluya (0:10) məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ali Tsokayev (86 kq) isə italiyalı Qabriele Nikkoliniyə (11:0) və gürcüstanlı Tornike Samxaradzeyə (13:2) tam üstünlüklə qalib gələrək bürünc medala sahib çıxıb.

Beləliklə, millimiz mundialı 1 dəst medalla başa vurub. Xatırladaq ki, ötən gün Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal qazanıb. Yığmamız 84 xalla komanda hesabında 4-cü yeri tutub və ön pillədəki Yaponiyadan cəmi 1 xal geri qalıb. ABŞ (137) birinci, İran (127) isə ikinci olub.a

The post DÇ-nin son günündə daha bir medal appeared first on Komanda.az.

“Sumqayıt”da yeni basketbolçu

“Sumqayıt” daha bir basketbolçunun keçidini reallaşdırıb.

Komanda.az Sumqayıt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan Hüseyn Qaflanov icarəyə götürülüb.

Gənc basketbolçu karyerası ərzində “Real Madrid Academy”, “Valencia Basket Academy”, VKM, “Southern California Academy”, “DME Wisconsin” kimi klublarda çıxış edib.

The post “Sumqayıt”da yeni basketbolçu appeared first on Komanda.az.

Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” voleybol klubunun idman zalında keçirilir. Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov və Emin Əbilov kömək edirlər.

Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.

The post Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb appeared first on Komanda.az.

Azərbaycan karateçiləri Polşada 8 medal qazandı

Azərbaycan karateçiləri Polşanın Bedzin şəhərində keçirilən 32-ci “SKDUN Shotokan Karate” üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda 8 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.

MMA-da növbəti qələbə

Gürcüstanın Batumi şəhərində keçirilən “Grand Bellagio & GFC” beynəlxalq MMA turnirində Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Futbolpress.az xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, əslən azərbaycanlı idmançı Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.

O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də fərqləniblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında çıxış edən Elvin Kamilli isə gürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.

Batumidə artıq üçüncü dəfə təşkil olunan “Grand Bellagio & GFC” beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.

Emin Cəfərov Prezidium üzvü seçildi

Azərbaycan Atıcılıq Federasiyasının Baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidium üzvü seçilib.

Futbolpress.az xəbər verir ki, bu barədə Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa Atıcılıq Konfederasiyasının (ESC) Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb. Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının Prezidiumuna üzv seçilib.

Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.

Pro kursunun IV mərhələsi başladı

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər.

Qeyd edək ki, kursa oktyabrın 30-da yekun vurulacaq.

Qəbələdə “Grace of Nature” turniri keçirildi

Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” turniri keçirilib.

Futbolpress.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan “Ocaq Sport”, “Grasiya” İdman Klubu, BGM, RKİM, SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti, Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK, Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan gimnastlar iştirak ediblər.

Turnirdə fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.

Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə 2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla təltif olunublar.

Qeyd edək ki, “Grace of Nature” turniri gənc gimnastların bacarıqlarını nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.

Kənan dünya çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.

Futbolpress.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U23 dünya çempionu olub.

Xetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Azərbaycan karateçiləri Batumidə 2 medal qazandı

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, kyokşin karate üzrə yarışda AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun, baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komanda iştirak edib.

Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal qazanıb. Qeyd edək ki, yarışda 15 ölkədən 450-dən çox idmançı mübarizə aparıb.

 

Azərbaycan Avropa çempionatını 8 medalla başa vurdu

Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisi 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.

Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.

Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.

WADA-nın nümayəndə heyəti Bakıya gəldi

Bu həftə Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Futbolpress.az xəbər verir ki, səfərin məqsədi 2026-cı il martın 18-19-da WADA-nın Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziuma hazırlıq işləri ilə tanışlıq xarakteri daşıyıb.

Simpozium Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə baş tutacaq.

WADA 2026-cı ildə dörd Regional Simpozium keçirəcək və Avropa üzrə tədbir məhz Bakıda reallaşacaq. Bu simpoziumlar 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların tətbiqinə hazırlıq mərhələsində regional tərəfdaşların ehtiyac və çağırışlarını nəzərə almaq məqsədilə təşkil olunacaq. Yeni Məcəllə və standartlar 2025-ci ilin dekabr ayında Koreya Respublikasının Busan şəhərində keçiriləcək İdmanda Dopinqlə Mübarizə üzrə Ümumdünya Konfransında təsdiqlənəcək və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

WADA-nın nümayəndə heyətində ali antidopinq qurumunun Avropa ofisinin və İdman hərəkatı ilə əlaqələr departamentinin direktoru Sebastien Gillot və Tədbirlərin idarə olunması üzrə menecer Riziero Pisani yer alıblar. Nümayəndə heyəti Bakıda simpoziumun keçiriləcəyi məkan və digər infrastruktur obyektlərinə baxış keçirib.

Sebastien Gillot hazırlıq işlərinin yüksək səviyyədə və razılaşdırılmış plana uyğun şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 2026-cı ildə Avropa üzrə Regional Simpoziumun Bakıda keçirilməsi həm WADA, həm də Azərbaycan idman ictimaiyyəti üçün əlamətdar hadisə olacaq.

Riziero Pisani qeyd edib ki, simpoziumun AMADA-nın fəaliyyətinin 10 illiyi ərəfəsində keçirilməsi Agentliyin WADA ilə uzunmüddətli əməkdaşlığını və regionda antidopinq təşəbbüslərinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir. Nümayəndə heyəti AMADA-nın simpoziumun təşkilindəki rolunu yüksək qiymətləndirib, Azərbaycanın beynəlxalq miqyaslı tədbirləri peşəkar və mükəmməl şəkildə təşkil etmək bacarığını xüsusilə vurğulayıb.

Qurbanova dünya üçüncüsü oldu

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.

“Neftçi” uduzdu

Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Abşeron Lions” “Neftçi” ilə üz-üzə gəlib. Matç “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb – 95:100.

Günün ilk matçında “Naxçıvan” “Sərhədçi”ni üstələyib – 76:69.

Azərbaycanın 5 boksçusu Avropa çempionatında finala vəsiqə qazandı

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.

İdmanxeber.az-ın məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.

Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.

Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.

Azərbaycanın 5 boksçusu finalda

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.

Futbolpress.az xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.

Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.

Mehran Rəsulov (80 kq) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçu ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Digər boksçulardan Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) Avropa çempionatında bürünc medala sahib olublar.

Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kq) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kq) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.

❌