2-ci Liqanın 6-cı turunda “Araz Saatlı”nı 14:0 hesabı ilə yenmiş “Xankəndi” “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb. Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, Birinci Liqa, İkinci Liqa…
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. Yeddi qolun qeydə alındığı “Şirvan” – “Dinamo” matçında meydan sahibləri qələbə qazanıblar. “Ağdaş”ın qonağı olan “Şəki” 3 cavabsız qola sevinib. “Xankəndi” isə “Araz Saatlı” ilə səfər matçından 14…
Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Göygöl” – “Ağstafa Gəncləri” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Yeddi qolluq “Kür-Araz” – “Quba” matçında qonaqlar darmadağına seviniblər. “Şəmkir”in qonağı olan “Qaradağ Lökbatan” da əlavə vaxtda penaltidən vurduğu yeganə qolla 3 xal qazanıb.
6-cı turun qalan görüşləri oktyabrın 21-də keçiriləcək.
İkinci Liqa 6-cı tur
20 oktyabr
“Göygöl” – “Ağstafa Gəncləri” 1:1 Qollar: Elcan Rəhimov, 88 – Elgün Qəhrəmanov, 77 Hakimlər: Nazim Abdullayev, Nurlan Əhmədzadə, Ruslan Babayev, Səbuhi Bayramov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Asif Əliyev. Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Kür-Araz” – “Quba” 1:6 Qollar: Əlisa İsayev, 45+1 – Vidadi Cəfərov, 29-pen; 33; 65. Samir Ağayev, 36. Bəhram Köçərli, 67. Nihad Mollayev, 77. Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Hüseyn Vəliyev, Niyaz Əhmədov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şəmkir” – “Qaradağ Lökbatan” 0:1 Qol: Tofiq Nəsibov, 90+6-pen. Hakimlər: Nahid Xasıyev, Səbuhi Əmrahov, Rizvan Süleymanov, Ceyhun Hüseynov. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
21 oktyabr
“Araz Saatlı” – “Xankəndi” Hakimlər: Nəriman Ağayev, Samir Qaracayev, Elvin Mədətov, Rəsul Babayev. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Namiq Əliyev. Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Ağdaş” – “Şəki” Hakimlər: Kamil Aydınov, Səbuhi Aydınov, Mirnihad Seyidov, Murad Səlimov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Yavər Rəhimov. Ağdaş şəhər stadionu, 14:00.
“Şirvan” – “Dinamo” Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Ləman Əmirli. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Seymur Səlimli. Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.