Reading view

Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi

“Yuventus”un futbolçusu Kənan Yıldız komandadan qovulan baş məşqçi İqor Tudora minnətdarlıq edib.

Komanda.az xəbər verir ki, türkiyəli oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, cənab. Gələcəkdə uğurlar arzulayıram”.

Xorvatiyalı mütəxəssis A Seriyasında cari mövsümdə postunu itirən ilk baş məşqçi olub. O, komandanı bu mövsüm 8 oyunda çalışdırıb və sentyabrın 13-dən bəri heç bir turnirdə qələbə qazana bilməyib.

Tudor 2025-ci ilin martında “Yuventus”un “sükanı arxasına” keçmişdi və onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.

The post Türkiyəli futbolçu Tudorla bağlı paylaşım etdi appeared first on Komanda.az.

“Yuventus” baş məşqçisini qovdu – Rəsmi

İtaliya təmsilçisi “Yuventus” İqor Tudoru baş məşqçi postundan qovub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onu bu postda müvəqqəti olaraq Massimo Brambilla əvəz edəcək.

Tudor 2025-ci ilin martından “Yuventus”a rəhbərlik edirdi. Onun rəhbərliyi ilə komanda cari mövsüm 8 turdan sonra 12 xalla səkkizincidir.

The post “Yuventus” baş məşqçisini qovdu – Rəsmi appeared first on Komanda.az.

Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

The post Xarici KİV: “Yuventus” baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

❌