AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb
“Dinamo”da (Moskva) çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
O, yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.
Rusiya millisi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək.
AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparır.
The post AFFA-nın danışıq apardığı futbolçu Rusiya millisinə dəvət alıb appeared first on Komanda.az.