“Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur” – MÜSAHİBƏ
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun açılış matçında “İmişli”ni 2:0 hesabı ilə məğlub etdi.
“Azərsun Arena”da keçirilən oyundan sonra “köhlən atlar”ın müdafiəçisi Elvin Cəfərquliyev Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Oyunla bağlı fikirlərini deyərdin.
– Oyun həddindən artıq çətin keçdi. Rəqib ilk hissədə çox çətinlik yaradırdı, yaxşı müdafiə olunurdu. Biz də bunu bilirdik, yaxşı təhlil etmişdik. Beşli müdafiə futbolu oynayırlar və bunu da çox yaxşı bacarırlar. Amma biz də şansımız gözləyirdik, bilirdik ki, fürsətimiz olacaq və istifadə edib ondan sonra daha rahat oyun keçirəcəyik. Hər şey lehimizə oldu. Çempionlar Liqası öncəsi bizim üçün çox yaxşı matç keçdi.
– “Çelsi” ilə oyunqabağı bu matça fokuslanma ilə bağlı problem var idi?
– Yaxşı fokuslanmışdıq. Bilirdik ki, bu oyun bizə çox vacibdir. Qarşıda “Çelsi” ilə matç var. Əsas odur zədəsiz bir oyun keçirdik və hər şey lehimizə oldu.
– “Atletik”lə oyun (1:3) komandaya psixoloji olaraq təsir etmişdi, yoxsa, toparlana bilmişdiz?
– Yox, psixoloji təsiri yox idi. Hər şey öz qaydasında idi, özümüzdə idik. Futboldur, məğlubiyyət də olur. Əsas odur ki, ondan sonra necə reaksiya verirsən. Peşəkar şəkildə hazırlaşırdıq.
– “Çelsi” ilə qarşıdakı oyunda “Qarabağ”a böyük ümidlər var. Bu matçda xal və ya xallar qazanmaq potensialını özünüzdə görürsüz?
– Meydana çıxıb əlimizdən gələni edəcəyik. “Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur, hamımız gücünü bilirik. Əlimizdən gələni edəcəyik, baxaq… Yaxşı olar.
– Amma mümkündür da onlardan xal götürmək, hə?
– Hə, evdə oynayacağıq. Öz azarkeşlərimizin önündə çıxış edəcəyik. Hər şey ola bilər, futboldur.
Fəxri Rüstəmli
The post “Çelsi” haqda çox danışmağa ehtiyac yoxdur” – MÜSAHİBƏ appeared first on Komanda.az.