Reading view

“Barselona”nın oyunçuları Fliki tərifləməkdən əl çəkmirlər”

“İnter Mayami”nin futbolçusu Jordi Alba keçmiş komandası “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə bağlı sualı cavablandırıb.

Komanda.az “Barca Times”-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bunu söyləyib:

“Mən “Barselona”dakı bir çox keçmiş komanda yoldaşlarımla danışmışam və onlar Fliki, onun işini tərifləməkdən əl çəkmirlər”.

Alba 2023-cü ildə ”Barselona”dan “İnter Mayami”yə keçib. Flik isə 2024-cü ilin yayından Kataloniya komandasına rəhbərlik etməyə başlayıb.

The post “Barselona”nın oyunçuları Fliki tərifləməkdən əl çəkmirlər” appeared first on Komanda.az.

❌