Normal view

Yesterday — 13 December 2025Main stream

Flik: “Tərəqqi üçün həmişə əsasımız var”

13 December 2025 at 15:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik Kataloniya klubunun cari mövsümdəki tərəqqisini qiymətləndirib.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, biz inkişafımızı heç vaxt dayandırmırıq. Axı tərəqqi üçün həmişə əsasımız var”, deyə Flik vurğulayıb.

Almaniyalı mütəxəssis “blauqrana”nın rəqibləri ilə bağlı sualı da cavablayıb:

“Biz həmişə özümüzə köklənmişik. Rəqiblərimizə baxmırıq və bu barədə danışmaq istəmirik”.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 6 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 14:11. İspaniya çempionu 10 xalla 15-ci pillədə qərarlaşıb.

Erik Qarsiya karyerasını “Barselona”da bitirməyi arzulayır

13 December 2025 at 12:00

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın 24 yaşlı mərkəz müdafiəçisi Erik Qarsiya “blauqrana” ilə bağlı arzusunu dilə gətirib.

Arena.az ispan futbolçunun müvafiq açıqlamasını tədim edir:

“Uşaqlıqdan arzu etdiyim xəyalla yaşayıram – “Barsa”da uğura müvəffəq olmaq və çoxlu qənimət qazanmaq. Cari iddiam – burada bütün ömrümü keçirməyimdir”, deyə Qarsiya vurğulayıb.

Erik “Barselona”nın kapitanı olmaq istəyindən də söhbət açıb:

“Kapitanlıq mənim üçün məqsəd deyil – bu, təbii surətdə gələ bilər. Həmişə komanda yoldaşlarıma kömək etmək xoşuma gəlib”, deyə Qarsiya vurğulayıb.

Xatırladaq ki, Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.

Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir. Onun Kataloniya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

“Danışılanlar məni narahat etmir” – Alvares

13 December 2025 at 12:00

Atletiko”nun futbolçusu Yulian Alvares adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu xəbərlər haqda bunları deyib:

“Danışılanlar məni narahat etmir. Bütün diqqətim özümdə, komandaya kömək olmaqdadır. Bir oyunçu kimi inkişaf etməyə və qazanmağa çalışmalıyam”.

Alvares bu mövsüm 21 oyunda 11 qol vurub.

Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

13 December 2025 at 08:29

“Barselona”nın cinah oyunçusu Markus Reşforddan İngiltərədən köçdükdən sonra Kataloniya klubuna necə uyğunlaşdığı soruşulub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu özünü rahat hiss etdiyini bildirib:

“Bütün komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Əvvəldən şəhərdə özümü rahat hiss edirəm. Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlayıram. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm, bunun üzərində çox çalışıram”.

“Barselona” 28 yaşlı futbolçunu bu ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb. Reşford “Barselona”nın heyətində bütün yarışlarda 21 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram” appeared first on Komanda.az.

“Ayntraxt” fanatları “Kamp Nou”ya zərər vurublar

12 December 2025 at 11:00

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri İspaniya çempionu “Barselona”nın “Kamp Nou” stadionuna zərər vurublar.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.

Sözügedən komandalar dekabrın 9-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Kataloniyada üz-üzə gəliblər. Oyunda hesabı 21-ci dəqiqədə Almaniya təmsilçisi açsa da, meydan sahibləri 50-ci və 53-cü dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib – 2:1.

“Ayntraxt” azarkeşləri bu matçda özlərini heç də nümunəvi aparmayıblar. Belə ki, qonaq tərəfdarlar yeni təmirdən çıxmış bu stadionun oturacaqlarının dərisini cırmaqla yanaşı, 7 məşəl yandıraraq meydana tərəf atıblar. Bundan başqa, onlar tualetlərin arakəsmə divarlarını dağıdıblar.

Xoşagəlməz hadisəyə görə bir çox yerli azarkeş yerlərini erkən tərk etmək məcburiyyətində qalıb. Polis asayişi pozan şəxsləri dərhal stadiondan uzaqlaşdırıb.

“Barselona” UEFA-ya dəymiş ziyanı ətraflı şəkildə əks etdirən hesabat təqdim edib. İspaniya klubu təzminat tələb etmək niyyətindədir.

Before yesterdayMain stream

“Barselona” onunla “davam” dedi

11 December 2025 at 23:14

“Barselona” futbolçusu Erik Qarsiya ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına kimi artırılıb.

Qarsiya bu mövsüm 22 oyunda 1 qol vurub.

Erik Qarsiya “Barselona” ilə yeni müqaviləyə imza atdı

11 December 2025 at 22:00

Futbol üzrə İspaniya milli komandasının və “Barselona” mərkəz müdafiəçisi Erik Qarsiya Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.

Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Mark-Andre Ter Ştegen sıraya döndü

9 December 2025 at 17:30

“Barselona”nın 33 yaşlı almaniyalı əsas qapıçısı və kapitanı Mark-Andre ter Ştegen zədəsini tam sağaldaraq sıraya dönüb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper artıq komanda ilə məşqlərə başlayıb. Alman futbolçu belindəki problemlər səbəbindən mövsümün startını buraxmışdı.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Ter Ştegen “blauqrana” üçün 9 oyun keçirib, 11 qol buraxıb, 1 oyunda “çərçivə”sini qoldan qoruya bilib. Cari mövsümdə isə ona debüt qismət olmayıb.

Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 422 oyun, 416 buraxılmış qol və 175 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Deku: “Rafinya müstəsna oyunçudur”

8 December 2025 at 14:30

“Barselona”nın idman direktoru Rafinya “blauqrana”nın braziliyalı ulduz hücumçusu Rafinya haqda qənaətini açıqlayıb.

Arena.az Dekunun müvafiq açıqlamasını təqdim edir:

“Rafinya müstəsna oyunçudur. O, “Barselona” üçün çox vacibdir. Rafa komandaya ilham verir və azarkeşlərimizin hörmətinə layiqdir”, deyə Deku vurğulayıb.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 155 oyun, 58 qol və 54 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Lamin Yamal – La Liqada noyabrın ən yaxşı oyunçusu!

7 December 2025 at 20:00

İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Yamal noyabrda “Barselona”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub, komandası isə bütün görüşlərdə qələbəyə sevinib.

İspaniyalı futbolçu səsvermədə Kilian Mbappe (“Real”), Antuan Qrizmann (“Atletiko”), Mikel Oyarsabal (“Real Sosyedad”) və Jerar Morenonu (“Vilyarreal”) geridə qoyub.

Bu, Yamalın La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, ötən mövsümdə, 2024-cü ilin sentyabr ayında da ən yaxşı seçilmişdi.

Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında isə “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 122 oyun, 33 qol və 43 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Peti: “Barselona”nın ÇL-i qazanması mümkündüzdür”

7 December 2025 at 14:00

Fransa yığmasının keçmiş üzvü Emmanuel Peti “Barselona”nın cari mövsümdə Çempionlar Liqasını qazanmayacağını iddia edib.

Arena.az xəbər verir ki, veteran futbolçu bunun səbəbini belə izah edib:

“UEFA Çempionlar Liqasını belə müdafiəçilərlə qazamaq olarmı? Heç bir halda! Bu, mümkünsüzdür. Onlar bir ucdan qollar “yeyirlər”. “Barselona”nın hücumu yaxşıdır, müdafiəsi isə heç…”, deyə Peti vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın idman direktoru Deku bildirib ki, klubun gənc oyunçuların xidmətindən istifadə etməsi, heç də maliyyə imkanlarının aşağı olmasından qaynaqlanmır:

“Biz gənc oyunçuları ona görə istifadə edirik ki, onlar kifayət qədər yaxşıdırlar. Kifayət qədər yaxşı olmadıqda, “Barselona” üçün çıxış edə bilməzsən”, deyə Deku vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 5 oyuna 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 12:10. İspaniya çempionu 7 xalla “Napoli” və “Qarabağ”la birgə 18-20-ci pillələri bölüşdürür.

Jordi Alba və Serxio Buskets karyeralarını bitirdilər

7 December 2025 at 12:00

ABŞ klubu “İnter Mayami”nin ispaniyalı futbolçuları – Jordi Alba və Serxio Buskets peşəkar karyeralarını başa vurublar.

Arena.az xəbər verir ki, bu, “İnter Mayami”nin MLS-in 2025-ci il mövsümünün final matçında “Vankuver Uaytkeps”i 3:1 hesabı ilə məğlub etdiyi oyundan sonra rəsmiləşib.

İspaniyalı futbolçular karyeralarında sonuncu klub matçını keçiriblər. 37 yaşlı Buskets 2025-ci ilin sentyabrında, 36 yaşlı Alba isə oktyabrda karyerasını başa vuracağını açıqlamışdı. Hər iki oyunçu 2025-ci il mövsümündən sonra futboldan getmək niyyətində idilər. Onlar “İnter Mayami”yə tarixində ilk MLS çempionluğu yaşatdıqları bu möhtəşəm mövsümün sonunda sözlərini tutublar və böyük futboldan getdiklərini bildiriblər.

2008-ci ildə karyerasına başlamış Serxio Buskets uzun illər “Barselona”da oynayıb. O, 2023-cü ilin yayında, Kataloniya klubunda 15 mövsüm keçirdikdən sonra, “İnter Mayami” ilə müqavilə imzalamışdı. Buskets klub karyerası ərzində 840 oyunda iştirak edib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib. Serxionun “İnter Mayami” karyerası 116 oyun, 1 qol və 16 assistdən ibarətdir.

“Barselona” və “Valensiya” akademiyalarının yetirməsi olan Alba isə hər iki klubun böyüklər üçün komandalarında oynayıb. Müdafiəçi 2023-cü ildən bəri “İnter Mayami”də oynayırdı. O, ABŞ klubunun heyətində 103 oyuna çıxıb, 15 qol və 33 assist müəllifi olub.

Hansi Flik Joan Qarsiyanı təriflədi

6 December 2025 at 14:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeni qapıçısı Joan Qarsiyanı tərifləyib.

Arena.az alman mütəxəssisiin müvafiq açıqlamasını təqdim edir:

“Joanın böyük gələcəyi var. Onun imkanını ilk gündən sezmişdim. O, çox keyfiyyətli qapıçıdır”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Joan Qarsiya “Barselona”ya cari ilin iyul ayında Kataloniya klubunu əzəli rəqibi “Espanyol”un düşərgəsindən keçib. “Barselona” Qarsiya müqabilində “tutuquşular”a 25 milyon avro məbləğində ödəniş edib.

Qarsiya “Barselona”nın heyətində 11 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

İspan qolkiper daha öncə yalnız “Espanyol”un formasını geyinib. Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyol”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Dani Olmo qol vurdu, çiyni çıxdı

3 December 2025 at 13:30

Futbol üzrə İspaniya çempionu “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Dani Olmo 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, buna yarımmüdafiəçinin La Liqanın 19-cu turu çərçivəsində qarşılaşdıqları “Atletiko” ilə oyunda zədələnməsi səbəb olub. O, 65-ci dəqiqədə komandasının 2-ci qolunu vuran anda uğursuz şəkildə yıxılıb və çiynindən xəsarət alıb. Bu üzdən də Olmo 66-cı dəqiqədə əvəzlənib. Müayinələr onun çiyninin çıxığını göstərib. “Barselona” futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Xatırladaq ki, Dani Olmo cari mövsümdə “Barselona” forması ilə 17 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” doğma meydanda qarşılaşdığı “Atletiko”nu 3:1 hesabı ilə üstələyib.

Sonda onu da xatırladaq ki, “Barselona”da hazırda Ronald Arauxo, Fermin Lopes, Qavi və Mark Andre ter Ştegen də zədədən əziyyət çəkir. Frenki de Yonq da xəstəlik səbəbindən “Atletiko” ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı.

Jül Kunde “Barselona”nı niyə seçdiyini açıqladı

2 December 2025 at 14:00

“Barseloa”nın sağ cinah müdafiəçisi Jül Kunde “Çelsi”yə keçmək imkanı mənzərəsində “Barselona”ya keçidə üstünlük verməsini əsaslandırıb.

Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“O vaxt Xavi ilə söhbəti bəyəndim. Tomas Tuxellə də danışmışdım. Hiss edirdim ki, o, məni heyətdə görmək istəyir, amma mən sadəcə olaraq Xavinin yanaşmasını bəyəndim”, deyə 27 yaşlı fransalı futbolçu vurğulayıb.

Xatırladaq ki, Jül Kunde “Bordo”nun məzunudur. “Jirondistlər”in düşərgəsindən “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyul ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kunde “blauqrana” üçün 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçunun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 159 oyun, 8 qol, 19 məhsuldar ötürmədən ibarətdir.

Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 46 oyun keçirib.

Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kuboku (2024/2025) və Super Kuboku (2022/2023, 2024/2025) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

❌
❌