Normal view

Today — 4 February 2026Main stream

Flik: “Reşforddan razıyam, amma…”

3 February 2026 at 23:33

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cinah hücumçusu Markus Reşford haqqında fikirlərini bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, 28 yaşlı ingiltərəli futbolçudan razı olduğunu deyib:

“Düşünürəm ki, Reşfordun daha çox potensialı var. Sürəti və texnikası ilə bizə daha çox şey verə bilər. Mən ondan bunu istəyirəm. Mən ondan razıyam, amma düşünürəm ki, o, daha çox şey göstərə bilər. Hər bir oyunçunun öz bacarıqlarının zirvəsində olmasını istəyirəm”.

“Barselona” yay transfer pəncərəsində Reşfordu “Mançester Yunayted”dən icarəyə götürüb.

The post Flik: “Reşforddan razıyam, amma…” appeared first on Komanda.az.

Flikdən zədəli futbolçu haqda açıqlama

3 February 2026 at 22:32

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin bərpa prosesi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 21 yaşlı futbolçunun tələsmədən, mərhələli şəkildə toparlandığını vurğulayıb:

“O, addım-addım irəliləyir. Onun üçün ən vacibi sakit qalmaq və yalnız növbəti mərhələ haqqında düşünməkdir. Qarşıda onu uzun karyera gözləyir, buna görə də növbəti səviyyəyə keçməzdən əvvəl özünü yüz faiz hazır hiss etməsi çox önəmlidir. Biz onun qayğısına qalacağıq”.

İspaniyalı yarımmüdafiəçi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir. O, cari mövsümdə La Liqada 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun yaşıl meydanlara qayıdışı fevralın sonlarına gözlənilir.

The post Flikdən zədəli futbolçu haqda açıqlama appeared first on Komanda.az.

Yesterday — 3 February 2026Main stream

Laportadan Flik vədi

3 February 2026 at 16:32

“Barselona”nın prezidenti Xuan Laporta “Mundo Deportivo” qəzetinin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə komandanın baş məşqçisi Hans-Diter Flik haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin klub üçün ideal seçim olduğunu söyləyib:

“Yenidən prezident olsam, Flik “Barselona”nı istədiyi qədər çalışdıracaq. Komandada belə təcrübə və biliyə malik birinin olması bizim üçün vacib idi. O, təkcə fenomenal məşqçi deyil, həm də fenomenal bir insandır. Onunla müqavilə bağladığımız gün vacib bir şey etdiyimizi bilirdik, çünki o, əsl məşqçidir və təcrübəli oyunçularla yanaşı, çox gənc oyunçulardan ibarət bir komandanı necə idarə etməyi başa düşür.

O, hazırkı “Barselona” komandası üçün ideal məşqçidir. Onun sayəsində çox xoş bir mərhələdən keçirik”.

Kataloniya klubunda prezident seçkiləri mart ayında keçiriləcək.

The post Laportadan Flik vədi appeared first on Komanda.az.

❌
❌