Normal view

Today — 16 December 2025Main stream

Laporta: “Bu, “Barselona”nın nüfuzuna zərər vurmaq üçün planlaşdırılmış kampaniyadır”

16 December 2025 at 15:33

“Barselona”nın prezidenti Xuan Laporta “Neqreyra işi” ilə bağlı yenidən açıqlama verərək, bu prosesi kluba qarşı aparılan gözdənsalma kampaniyası adlandırıb.

“Barselona” 2023-cü ildə İspaniya Kral Futbol Federasiyasında fəaliyyət göstərmiş Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib. Məhkəmə 2001–2018-ci illər arasında “Barselona” tərəfindən Neqreyraya ödənilən 7,7 milyon avronu cinayət tərkibli əməl kimi qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta məhkəmədə çıxışı zamanı ittihamları qəti şəkildə rədd edib:

“Barselona” heç vaxt yarışların gedişinə təsir göstərmək və ya idman üstünlüyü qazanmaq məqsədi daşıyan addımlar atmayıb. Mən hazırda bunu geniş şərh etmək istəməzdim, ancaq açıq-aydındır ki, bu, “Barselona”nın nüfuzuna zərər vurmaq və tariximizin şanlı dövrünü ləkələmək üçün planlaşdırılmış kampaniyadır. Xoşbəxtlikdən, buna nail ola bilməyəcəklər”.

Klub prezidenti vurğulayıb ki, həmin illərdə “Barselona” həm qələbələri, həm də oyun üslubu ilə dünya futboluna nümunə olub:

“Barsa” o dövrdə qalibiyyətləri və necə qalib gəlməsi ilə qlobal etalona çevrilmişdi. İndi isə görünür, bu proses yenidən təkrarlana bilər və sanki məqsəd işi mümkün qədər uzatmaqdır”.

The post Laporta: “Bu, “Barselona”nın nüfuzuna zərər vurmaq üçün planlaşdırılmış kampaniyadır” appeared first on Komanda.az.

❌
❌