Normal view

Today — 4 February 2026Main stream

Flikdən zədəli futbolçu haqda açıqlama

3 February 2026 at 22:32

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin bərpa prosesi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, 21 yaşlı futbolçunun tələsmədən, mərhələli şəkildə toparlandığını vurğulayıb:

“O, addım-addım irəliləyir. Onun üçün ən vacibi sakit qalmaq və yalnız növbəti mərhələ haqqında düşünməkdir. Qarşıda onu uzun karyera gözləyir, buna görə də növbəti səviyyəyə keçməzdən əvvəl özünü yüz faiz hazır hiss etməsi çox önəmlidir. Biz onun qayğısına qalacağıq”.

İspaniyalı yarımmüdafiəçi dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir. O, cari mövsümdə La Liqada 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun yaşıl meydanlara qayıdışı fevralın sonlarına gözlənilir.

The post Flikdən zədəli futbolçu haqda açıqlama appeared first on Komanda.az.

❌
❌