“Barselona” Reşfordun transferini bir şərtlə reallaşdıra bilər
“Barselona” komandada icarə əsasında çıxış edən hücumçu Markus Reşfordun oyunundan məmnundur və onun daimi transferini nəzərdən keçirir.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, kataloniyalılar 28 yaşlı futbolçunu “Mançester Yunayted”dən almağı planlaşdırırlar.
Transfer yalnız ingiltərəli forvard maaşında ciddi endirimə razılaşarsa, reallaşa bilər. Klub hazırda ona “Mançester Yunayted”in təklif etdiyi şərtləri təmin etməyə hazır deyil.
Reşford bu ilin yayında “Barselona”ya icarə əsasında keçib və müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədər qüvvədədir. O, cari mövsümdə La Liqada 10 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
The post “Barselona” Reşfordun transferini bir şərtlə reallaşdıra bilər appeared first on Komanda.az.