Reading view

Zubir 200-ə çatdı

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Premyer Liqanın 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.

Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

The post Zubir 200-ə çatdı appeared first on Komanda.az.

“Qarabağ”ın futbolçusunun 25-ci qolu

“Qarabağ”ın futbolçusu Toral Bayramov Premyer Liqada 25-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, buna 137-ci oyununda nail olub.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”ın (5:1) qapısına 2 qol vurmaqla “25”ə çatıb. Debütü 2019/2020 mövsümündə gerçəkləşən futbolçu yalnız Ağdam klubunda çıxış edib.

Toral turnirin tarixində 25 qol vuran 130-cu oyunçudur. O, bu göstəriciyə cari mövsümdə çatan ikinci futbolçudur. Ülvi İsgəndərovun 25-ci qolu da cari mövsümə təsadüf edib.

The post “Qarabağ”ın futbolçusunun 25-ci qolu appeared first on Komanda.az.

Tahir Gözəl Əkbərlə görüşdü

“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib.

Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.

The post Tahir Gözəl Əkbərlə görüşdü appeared first on Komanda.az.

“Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 5:1 hesablı qələbəni belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Vacib qabiliyyət idi. Sona yaxın boşluqlar oldu, lakin yaxşı oyun göstərdilər. Qarşımızda topla yaxşı davranan komanda var idi. Bu soyuq havada gələn, bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Bugünkü nəticələr “Sabah”la oyuna görədir. Yaxşı kollektiv formalaşdırıblar. Futbolçularıma bir az istirahət verməliyəm, komandada yorğunluq var. Qarşımızda ciddi rəqib var. “Neftçi”yə qarşı da yaxşı oynadılar. Bizi “Sabah”la çətin oyun gözləyir.

Futbolçulardan gözlədiyimi almışam, lakin daha çox gözlədiklərimdən onu ala bilməmişəm”.

Nəzrin

The post “Sabah” yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov appeared first on Komanda.az.

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

❌