Normal view

Today — 14 December 2025Main stream

“Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu

14 December 2025 at 12:43

“Ayaks”ın hücumçusu Kasper Dolberq UEFA Çempionlar Liqasının 6-cı turunda Bakıda “Qarabağ”ı üzərində qazanılan 4:2 hesablı qələbə haqda danışıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, danimarkalı forvard Bakıda əldə etdikləri üç xalın onlar üçün çox vacib olduğunu deyib:

“Bu mövsüm avrokuboklar bizim üçün uğursuz oldu. Buna baxmayaraq, bu qələbəni uzun müddətdir gözləyirdik. Hər halda, həmin qələbəni Bakıda qazandıq və biz buna çox sevinirik. “Qarabağ”a qarşı yaxşı oyun oynadıq və bacardığımız hər şeyi göstərdik. Komandamın ilk qolunu vurduğum və hesabı bərabərləşdirdiyim üçün şadam. Bəli, növbəti mərhələyə keçmək üçün demək olar ki, heç bir şansımız yoxdur. Amma “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir və bizə inkişaf etmək imkanı verir”.

The post “Qarabağ”la matçdakı qələbə komandanı motivasiya edir” – “Ayaks”ın futbolçusu appeared first on Komanda.az.

Before yesterdayMain stream

Qələbə gözləməyək?

11 December 2025 at 12:00

Hər kəsin qələbə gözlədiyi anda gələn məğlubiyyət “Qarabağa turnir cədvəlində mövqe, həm də psixoloji olaraq neqativ təsirlərini göstərəcək. İki dəfə önə keçilməsinə baxmayaraq, son dəqiqələrdə ardıcıl qollar buraxmaq yaraşmadı.

Nəriman Axundzadənin oyuna daxil olması ilə dəyişən oyun, azalan pressinq, rəqibin ustalığı və s. bunlar ayrı mövzudur. Lakin matçın ilk hissəsində 2-3 ötürmə ilə “Qarabağ” qapısına yaxınlaşan “Ayaks” asan olmayacağını əvvəldən göstərmişdi.

İllərdir, “Qarabağüçün əvvəldən rahat hesab edilən oyunlar demək olar, məğlubiyyətlə başa çatıb. Bəlkə, 1-2 dəfə heç-heçə ola, ya yox. Bu il Ferentsvaroş“a səfərdə iki fərqlə qalib gəldikdən sonra da Bakıda rahat nəticə proqnozlaşdırılırdı. Lakin bəlkə də, bu mövsümün ən çətin, dramatik oyunlarından biri macarlara qarşı evdə olmuşdu. 2:3 hesablı məğlubiyyət və Çempionlar Liqasına alınan çətin bilet.

Bu dəfə isəAyaks“. Ağır mövsüm keçirən, liqada liderdən uzaq düşən, Çempionlar Liqasında xal qazana bilməyən amsterdamlılar “Qarabağın rəqibləri arasında bəlkə də, ən rahatı hesab edilirdi. Baş məşqçi postu da müvəqqəti birinə tapşırılan “narıncılar”ın burda qələbə qazanmasına inanan kəsim çox az idi. Hər kəs qələbəyə köklənmiş, pley-off yolu gözləyirdi… Lakin keçmişə baxsaq, “Qarabağ”ın yaxşı futbolu, yaxşı nəticələri məhz favorit olmadığı, meydana rahat çıxdığı matçlarda olub. 

Niderland klubuna oyunun taleyini həll etmək üçün 10 dəqiqə kifayət etdi. Əvvəlcə bərabərlik qolunu vurdular, daha sonra əks-hücumlardan fərqləndilər. Bakıda “Çelsi“dən xal al, “Ayaks”a uduz… SəfərdəBenfika”dan üç xal al, Bakıda “Ayaks”a uduz… Belə bir məqamda motivasiya məsələsi də üzə çıxır. Oyunçular çox arxayın idimi? Nəyin rahatlığı, nəyin gətirdiyi qələbə gözləntisi idi?

Nərimanın oyuna daxil olması ilə hücumda problemlər artdı. Amma əvəzləməyə qədər qaçırılan şansları kimə yazmaq olar? Zubirin real epizodda ləng qərar verməsi, bundan öncə bir dəfə təkbətəki vura bilməməsi və s. Tək Zubirlə deyil, rəqibin ikinci qoluna qədər kifayət qədər epizodlar qaçırıldı. Çempionlar Liqasınəhənglər”in yeridir. Sən 10 epizod qaçır, onlar birində səni cəzalandırar. Məhz belə də oldu, “Qarabağ” nizamlı qurulan hücumlardan fərqlənə bilmədi, “Ayaks” kortəbii futbol və son dəqiqələrdəki əks-hücumlar hesabına Bakıdan üç xalla döndü və pley-off ümidlərini saxladı.

Bizim ümidimiz? Var, amma daha çətindir. Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qalib gəlmək, səfərdəLiverpul”dan azı bir xal almaq müşkül məsələyə oxşayır.

Şahin Cəfərov

“Qarabağ”da Mateus fərqi

11 December 2025 at 11:14

Sofascore” portalı Çempionlar Liqasının “Qarabağ” – “Ayaks” oyununda futbolçuların performanslarını qiymətləndirib.

Futbolpress.az xəbər verir ki, görüşün ən yaxşısı 9.6 balla niderlandlıların yarımmüdafiəçi Oskar Qlux olub. “Ayaks”da cinah müdafiəçisi Anton Qae də 8 balla ikinci ən yaxşı futbolçu kimi dəyərləndirilib.

Qarabağın heyətində ən yüksək balı alan Mateus Silvadır. Komandanın ikinci qolunu vuran cinah oyunçusunun çıxışı 7.6 balla dəyərləndirilib. Start heyətdə meydana çıxanlarda ən zəifləri isə Elvin Cəfərquliyev və Bəhlul Mustafazadə olub – 6.1 bal.

“Qarabağ”la oyunda dubl etdi, “ən yaxşı” adına namizəd oldu

11 December 2025 at 09:15

UEFA Çempionlar Liqasında VI turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ“la oyunda iki qol vuran “Ayaks”ın futbolçusu Oskar Qlux namizədlər arasında yer alıb. Digər iddiaçılar “Atalanta”dan De Ketelare, “Arsenal”dan Nodi Madueke vəBarselona”dan Jül Kundedir.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

“Qarabağ”a iki qol vuran futbolçu: “Həyəcanlı gecə oldu”

11 December 2025 at 01:26

Çempionlar Liqasının VI turunda keçirilən “Qarabağ” – “Ayaks” oyununun ən yaxşı futbolçusu açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu, Amsterdam klubunun yarımmüdafiəçisi Oskar Qluxdur. O, 4:2 hesabıyla qələbə qazandıqları oyunda iki qol vurub.

Oskar UEFA-nın saytına açıqlamasında matçla bağlı bunları deyib:

“Sevincimi izah etmək çətindir. Həyəcanlı gecə oldu. Bakıya gəldiyimiz andan hazırlıq çox yaxşı idi və bunun bəhrəsini matçda gördük. Görüşə diktə etdik. Rəqib erkən qolla hesabı açdı. Amma performansımız yaxşı oldu. “Qarabağ” iki dəfə önə keçsə də, geridönüş edəcəyimizə inanırdıq. Yekunda bunu bacardıq. Qələbəyə dair güclü inamla bura gəlmişdik. Hələ iki oyunumuz qalır, onları da qələbə ilə bitirmək istəyirik”.

Qurban Qurbanov: “Ayaks” 5 oyunda bacarmadığını bu gün etdi”

11 December 2025 at 01:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Ayaks”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Azərbaycan çempionu 2:4 hesablı məğlubiyyətə üzülüb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri öz oyunçuları tərəfə getdi, onu təbrik edə bilmədim. Görüşsəydik, daha yaxşı olardı. Matça gəldikdə, futbolçularımdan razı qaldım. Son illərdə belə dinamik, sürətli oyun, bu qədər bolqollu qarşılaşma nadir hallarda olurdu. Bu cür komandalar səhvləri bağışlamır, epizodlardan istifadə edirlər. Bura Çempionlar Liqasıdır. Burada istənilən nəticəni gözləmək lazımdır. Elə də oldu. Sanki “Ayaks” əvvəlki 5 oyunda bacarmadığını bu gün bacardı. Bu komanda əvvəlki oyunlarda uduzsa da, istənilən rəqibdən üstün futbol oynayıb. Bunu demişdim. Biz meydançada döyüşərək uduzduq. Azarkeşlər də, biz də bərabərlik haqda düşünmürdük, qələbə istəyirdik. Futbolçulara da bu ruhu vermişdik. Ona görə oyunçularımız hücumda çoxluq təşkil etməyə çalışırdılar. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə, qələbə çatışmadı. Bizə güvəndilər. Çalışdıq ki, güvənlərini itirməyək. Futboldur, belə nəticələrə hazır olmaq lazımdır. Məncə, hamı oyundan həzz aldı, sadəcə nəticə fərqli oldu.

Qalib gəlmək istəyiriksə, necə hazırlaşmışıqsa, o sistemi sonadək saxlamalıyıq. Belə böyük oyunlarda futbolçularıma bildirmişəm ki, sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq söhbəti olmamalıdır. “Ayaks” topla yaxşı davransa da, risklərə gedirdik. Qol epizodlarını saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumlarımız oldu”.

Qurban Qurbanov onların çıxışından razı qalmayıb

Qurban Qurbanov bəzi oyunçuları, xüsusilə də sonradan meydana çıxanları tənqid edib:

“Buraxdığımız birinci və ikinci qol uzaqdan vurulan qollar idi. Orada bir az diqqətsizlik oldu. Digərlərini əks-hücumdan buraxdıq. Orada rəqibin ustalığı önə çıxdı. Hücuma çıxanda, sonda qol buraxırıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidir ki, hər ikisi hücumda aktiv çıxış etsin. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunluq var idi. O epizodlarda sürətdə uduzduq.

Sonradan meydana buraxdığımız oyunçulardan tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Aleksey Kaşuk, Nəriman Axundzadə daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə, bu dəfə alınmadı.

Təəssüf ki, Nərimanla bağlı çoxlu müzakirələr gedir. Mən özüm bilmirəm onun haqqında nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olduğumu demişəm. İndi də eləcə. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanların hər biri. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik ÇL matçlarını. Bəlkə də 3 ən yaxşı oyunlardan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur”.

Qurban Qurbanov komandasının ÇL-in pley-offuna vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:

“Futbolçular üzgün idilər. Hamımız istəyirdik ki, şansdan maksimum istifadə edək. Meydanda icraçılar onlardılar. Çox çalışdılar. İndi də patlardəyişmə otağında gördüm ki, çox kefsizdirlər. Vaxtımız olacaq ki, onları yenidən geri qaytaraq. Hansısa matçlarda qalib gəlmişiksə, yenə də bunu edə bilərik. Pley-off şansımız varsa, maksimum istifadə edəcəyik”.

“Bu, Azərbaycan futbolunun yaralı yeridir”

Qurban Qurbanov “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında keçirdiyi oyunların hamısında uduzmasına, xüsusilə də böyük hesablarla məğlub olmasına belə reaksiya verib:

“Bu, bizim Azərbaycan futbolunun yaralı yeridir. U-19 komandamızla fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacağıq? Bu, bizim üçün böyük təhlükədir. Bəlkə kənardan vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq böyüyə-böyüyə gedir. 4-5 ildən sonra necə olacaq, bilmirəm. Biz mütləq “Qarabağ” olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. Bizim U-19 komandamızın əksər oyunçuları cavanlar idi, 17-18 yaşları vardı. İlk dəfə idi belə turnirdə oynayırdılar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn “Ayaks”dır. Bu klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “Barselona”nın, “Çelsi”nin, “Borussiya”nın. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdür”.

Fred Qrim: “Bakıdakı qələbəni çox böyük sevinclə qeyd etdik”

11 December 2025 at 00:30

“Ayaks”ın baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyununda Niderland nəhəngi 4:2 hesablı əzmkar qələbəyə sevinib.

Fred Qrim matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl oyun oldu. “Qarabağ”ın qolları da keyfiyyətli oldu. Onların da çox şansı var idi ki, qollar vursunlar. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. Hesabda geri olanda, yenidən qol vurmaq mental cəhətdən də çətin idi. Amma bunu etməyi bacardıq.

Formatdan da çox şey asılı idi. Bu oyunda bundan istifadə etdik. İstədiyimiz oyunu göstərə bilərdik. Daha yaxşı ola bilərdik. Addım-addım daha yaxşı olacağıq.

“Qarabağ” da çox yaxşı oynayırdı. Bu səviyyədə oyunlarda çox kiçik səhvlərin çox böyük nəticəsi ola bilər. Futbolçularımız sürüşkən otun üstündə yıxılırdılar. Yəqin, “Qarabağ” bu ot örtüyünə öyrəşib, amma bizim üçün çətin idi. Amma bu qələbədən sonra özgüvənimiz artacaq. İstəyirik ki, bu nəticənin davamını gətirək.

İlk qələbəni çox böyük sevinclə qeyd etdik. Xüsusilə də fanatlarla bunu yaxşı qeyd etdik. Onlar bizə böyük dəstək oldular. İnanılmaz dərəcədə sevincliyik”.

“Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır”

11 December 2025 at 00:08

“Ayaks”ın baş məşqçisi Fred Qrim Çempionlar Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan (4:2) sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü…

– Maraqlı oyun alındı. Məncə, “Qarabağ”ın da qollarının keyfiyyəti yaxşı idi. Böyük şansları oldu ki, önə keçsinlər. Fasilədən sonra daha yaxşı oynamağa çalışdıq. 1:2 geridə olanda yenidən qol vurmaq çətin idi. Amma sonda bunu bacardıq.

– Nəhayət, xal qazandınız. Sizcə, qələbəni gətirən əsas amil nə idi?
– Əsas məsələ necə oynamağımızdan, taktikamızdan ibarət idi. Düzdür, daha yaxşı ola bilərdik. Oyun çətin keçdi, amma istədiyimiz nəticəni qazandıq.

– Çempionlar Liqasıında geridönüşünüz olmuşdu?
– Buna sevinirəm. Belə oyundan qələbə ilə ayrılmaq kifayət qədər yaxşıdır. Nəticədən məmnunam. Belə oyunlarda xırda detallar həlledici olur.

– Futbolçularınız çox sürüşürdü. Amma “Qarabağ”ın oyunçuları yox.
– Bəli, ola bilər, “Qarabağ” belə ot örtüyündə oynamağa öyrəşib. Bizim üçün çətin oldu.

– “Feyenoord”la matç üçün özünəinamınız artacaq?
– Bəli. İstəyirik ki, qələbə seriyamızı davam etdirək.

– Paltardəyişmə otağında ilk qələbəni necə qeyd etdiniz?
– Böyük sevinc var idi. Azarkeşlərimiz də böyük dəstək göstərdi. İnanılmaz hisslər yaşayırıq.

– Meydana çıxan gəncləriniz haqda nə düşünürsünüz?
– Pis oynamadılar. Aaron da özünü yaxşı göstərdi. Gənc olmalarına baxmayaraq, bu cür səviyyəyə hazır olduqlarını göstərdilər.

– İlk qələbə münasibətilə təbrik edirəm. Son 10 dəqiqədə 3 qol vurdunuz. Həmin an “Qarabağ”ı nədə üstələdiniz?
– Məncə, ilk növbədə komandanın yaxşı təşkil olunması vacib məqam idi. “Qarabağ”ın güclü tərəflərini də, axsaq tərəflərini də bilirdik.

Şahin Cəfərov

ÇL: “Qarabağ” autsayder “Ayaks”ı Bakıda sevindirdi

10 December 2025 at 23:50

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gəlib.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olub.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindəydi. Ağdam klubu əvvəlki 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə üzləşmişdi.

“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülmüşdü. Niderland nəhəngi bu oyundan öncə xal qazanmamış yeganə komanda idi və 36-cı sırada qərarlaşmışdı. “Qarabağ” isə 7 xalla 20-ci idi.

Altı qolun qeydə alındığı bu oyuna Ağdam təmsilçisi daha yaxşı başlayıb və iki dəfə hesabda önə keçib. Amma matçın sonlarında fəallaşan “Ayaks” yekunda əzmkar qələbəyə sevinməklə “Qarabağ”ın xal hesabını artırmasına imkan verməyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks” 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qlux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.

“Qarabağ” – “Ayaks”: Start heyətlər açıqlandı

10 December 2025 at 21:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” matçının start heyətləri müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qloux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.

UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a biabırçı hesabla uduzdu

10 December 2025 at 16:00

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş “Azərsun Arena”da baş tutub. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edib. Görüş Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Ağdam klubu yekunda 0:8 hesablı məğlubiyyətə üzülüb.

Qeyd edək ki, əvvəlki oyunlarının hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası yarışı sonuncu – 35-ci pillədə başa vurub. Norveçin “Bodo Qlimt” və İngiltərənin “Nyukasl” komandaları da hazırda xalsızdırlar. Lakin onlar hələ son oyunlarını keçirməyiblər.

UEFA Gənclər Liqası: “Qarabağ” “Ayaks”a qarşı

10 December 2025 at 10:00

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026 mövsümünün əsas mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderland təmsilçisi “Ayaks”ın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Görüş “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 14:00-da start veriləcək. Əsas mərhələnin 6-cı turunun matçını macarıstanlı FIFA referisi Marton Ruş idarə edəcək.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olmuş “Qarabağ”ın U-19 komandası hazırda yarış cədvəlinin 35-ci pilləsində qərarlaşıb. “Ayaks” isə 7 xalla 22-cidir.

ÇL: “Qarabağ” “Ayaks”ı qəbul edir

10 December 2025 at 09:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 6-cı turu çərçivəsində Niderland nəhəngi “Ayaks”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcəklər.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”ə 1:3 hesabıyla uduzmuş təmsilçimiz ardından Bakıda İngiltərə nəhəngi “Çelsi”dən xal almağı bacarıb – 2:2. Liqa mərhələsinin 5-ci turunda baş tutmuş “Napoli” (İtaliya) ilə oyunda isə ağdamlılar 0:2 hesablı məğlubiyyətə üzülüblər.

“Ayaks” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi hazırda xal qazanmamış yeganə komandadır və 36-cı sırada qərarlaşıb. “Qarabağ” isə 7 xalla 20-ci pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan (Sloveniya).
VAR: Matey Yuq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

“Qarabağ” “Ayaks”a məğlub oldu

10 December 2025 at 23:40

“QarabağÇempionlar Liqasında bu gün növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, “atlılar” Bakıda “Ayaks”ı qəbul edib. Matç Amsterdam təmsilçisinin qələbəsiylə başa çatıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur

10 dekabr

21:45 QarabağAyaks (Niderland) 2:4
Qollar: Kamilo Duran, 11, Mateus Silva, 49 – Dolberq, 40, Oskar Qlox, 78, 90, Anton Qae, 83
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ” – “Ayaks” matçına qanunsuz bilet satanlar saxlanıldı

9 December 2025 at 21:30

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Qarabağ” – “Ayaks” oyununa bilet satan şəxslər saxlanılıblar.

Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib.

Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

DİN yaydığı xəbərdə bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də, onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edib.

Sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.

Qurbanov: “Komandaya bir neçə oyunçu cəlb etmək istəyirik”

9 December 2025 at 18:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”a qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Qurban Qurbanov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qələbələrini qazanmaq istəyəcəklər. “Ayaks”ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib təkbətək oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Biz də azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

İstənilən komandanın xalı çox ola və ya olmaya bilər. Biz də ÇL-in Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. “Ayaks”a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Düzgün və intizamlı oynamalıyıq. Unutmamalıyıq ki, qarşımızda “Ayaks” var.

Niderland mətbuatının bu oyunda “Qarabağ”ı favorit göstərməsinə bir azərbaycanlı kimi sevinə bilərəm. “Qarabağ”ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmamalıdır. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir”.

“Yaxşı klublardan bizim oyunçulara təklif olarsa…”

Qurban Qurbanov qışda heyəti qorumağa çalışacaqlarını da vurğulayıb:

“İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemlər müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”.

Yaroş: “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”

9 December 2025 at 17:00

“Ayaks”ın qapıçısı Viteslav Yaroş Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Viteslav Yaroş bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Ayaks”da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son iki oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah “Qarabağ”a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq”.

Xatırladaq ki, çexiyalı qolkiper “Ayaks”a bu yay İngiltərənin “Liverpul” klubundan icarə əsasında keçib. 23 yaşlı qapıçı 2026-cı ilin yayınadək Amsterdam təmsilçisində çıxış edəcək. O, “Ayaks”ın heyətində 14 oyuna çıxıb, 21 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Fred Qrim: “Qarabağ”la matçda xal qazanmaq istəyirik”

9 December 2025 at 16:30

“Ayaks”ın baş məşqçi əvəzi Fred Qrim Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland nəhəngləri sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda üz-üzə gələcəklər.

Fred Qrim bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Bakıya səhayətimiz yaxşı keçdi. Amma səfər heç də ucuz başa gəlmədi. Şadıq ki, azarkeşlərimiz də bura gəliblər. Klub rəhbərliyi bizə çox böyük dəstək verir. Bu da ümidvericidir. Bizim də öhdəliklərimiz var.

“Qarabağ”ın oyunlarına baxmışam. Çox yaxşı komandadır, məğlubiyyətləri azdır. Rəqibin sürətli hücumları var. Oyunçuları texniki cəhətdən yaxşıdırlar. Bizim üçün çox ciddi oyundur.

Futbolçularımız üçün ciddi oyundur. Yol yorğunluğu var, amma futbolçularıma inanıram. Komanda olaraq enerjimiz kifayət qədərdir. Onlar hamısı aktiv şəkildə oynamaq istəyirlər. Oyunçularım sabahkı matçı səbirsizliklə gözləyirlər.

Vut Veqhorst haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə zədə ilə üzləşməsi üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük.

Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah “Qarabağ”la görüşdə xal qazanaq”.

“Qarabağ” – “Ayaks” matçı Obrenoviçə tapşırıldı

8 December 2025 at 12:30

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun təyinatları bəlli olub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yuq, AVAR-da Alen Borosak əyləşəcək.

Qeyd edək ki, Rade Obrenoviç 2017-ci ildən beynəlxalq oyunlara təyinat alır. O, daha əvvəl də “köhlən atlar”ın matçında iş başında olub. 35 yaşlı ədalət təmsilçisi 2021-ci ildə komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşünə təyinat alıb. FIFA referisi həmin vaxt Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin Bakıda Şotlandiyanın “Aberdin” komandasını 1:0 hesabı ilə üstələdiyi qarşılaşmada baş hakim olub.

Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Yeri gəlmişkən, “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi matçın da hakim təyinatları bəlli olub. Bu görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

Qarşılaşma dekabrın 10-da “Azərsun Arena”da baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.

❌
❌