Reading view

“Milan” iki mövqeyə oyunçu axtarır

“Milan” qış transfer pəncərəsində ən azı iki futbolçunu heyətinə qatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki “qırmızı-qaralar”ın rəhbərliyi yeni mərkəz hücumçusu transfer etmək niyyətindədir. Həmçinin, komandanın mərkəz müdafiəçisinə də ehtiyacı var.

Son aylarda “Vest Hem”in 32 yaşlı forvardı Niklas Füllkruqun “Milan”a keçidi ilə bağlı şayiələr də aktiv şəkildə müzakirə olunur.

Massimiliano Alleqrinin çalışdırdığı “Milan” hazırda A Seriyasında 15 turdan sonra 32 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “İnter”dən cəmi 1 xal geri qalır.

The post “Milan” iki mövqeyə oyunçu axtarır appeared first on Komanda.az.

Massimiliano Alleqri – A Seriyasında noyabrın ən yaxşısı!

“Milan”ın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Massimiliano Alleqri A Seriyasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.

“Milan” noyabrda A Seriyasında 4 oyundan üçündə qalib gəlib, birində heç-heçə edib. Paytaxt təmsilçisi hazırda çempionatda 21 xalla 4-cü pillədə qərarlaşıb.

Alleqri cari mövsümdə 2-ci, karyerasında isə 4-cü dəfə bu mükafata layiq görülüb. 58 yaşlı mütəxəssis bu mövsüm sentyabr ayının da ən yaxşı seçilmişdi. İtaliyalı mütəxəssis əvvəllər “Yuventus”u çalışdırarkən də bu mükafatı iki dəfə qazanmışdı. O, 2022-ci və 2023-cü illərdə də noyabrın ən yaxşısı olmuşdu.

A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini fərqlənmişdi.

Xatırladaq ki, Alleqri bu ilin may ayında yenidən “Milan”ın sükanı arxasına qayıdıb. 57 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var.

Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.

Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.

❌