Massimiliano Alleqri “Milan”dan qovuldu
Futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünü uğursuzluqla başa vurmuş “Milan” baş məşqçisi Massimiliano Alleqri ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssisin istefasına “Milan”ın 2025/2026-cı illər mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub. Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Alleqri 2025-ci ilin may ayında “Milan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 58 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var idi.
Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.
Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb.