Flikdən “Barselona”dan ayrılacağı gözlənilən Ter Ştegen haqda açıqlama
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsində klubdan ayrıla biləcək qapıçı Mark-Andre ter Ştegenin gələcəyi ilə bağlı sualları cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın oyunçunun özündən asılı olduğunu söyləyib:
“Bu, onun seçimidir. Onun vəziyyətini müzakirə etdik. Ter Ştegenə böyük hörmətim var, çünki o, möhtəşəm qapıçıdır. O, həqiqətən də əla oyunçudur və komanda üçün əla insandır. Amma nəticə etibarilə bu, onun qərarıdır və o, bunu etməlidir”.
33 yaşlı qolkiper bu mövsüm səhhətində problemlərlə üzləşib. O, 2024/25 mövsümündə diz zədəsi səbəbindən cəmi 9 oyun keçirib və bel əməliyyatından sonra bu mövsümün başlanğıcını buraxıb. Ter Şteqen 2014-cü ilin yayından “Barselona”da çıxış edir. Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.
The post Flikdən “Barselona”dan ayrılacağı gözlənilən Ter Ştegen haqda açıqlama appeared first on Komanda.az.