Abdul Raşid Mumini Benin millisinə dəvət aldı
“Sumqayıt”ın sağ cinah müdafiəçisi Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin milli komandasına dəvət alıb.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Mumini bu dəvət səbəbindən “Neftçi” və “Sabah”la görüşlərdə “Sumqayıt”a kömək edə bilməyəcək.
Xatırladaq ki, Afrika Millətlər Kubokunda D qrupunda yer almış Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.
Abdul Raşid Mumini 2025-ci ilin yayından “Sumqayıt”ın uğurları üçün çalışır. 21 yaşlı sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 13 oyuna 2 qol ötürməsi ilə yadda qalıb.
Mumini 2023-cü ilin iyun ayında debüt etdiyi Benin yığmasının heyətində 18 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb.