Reading view

“Marsel”in 20 milyonluq təklifi rədd edildi

Flamenqo” klubunun futbolçusu Xorxe KarrasklasMarsel”in diqqət mərkəzindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Fransa təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro təklif etsə də, Braziliya klubu bunu rədd edib.

Karraskal bu mövsüm 24 oyunda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

“Arsenal” “Marsel”in futbolçusu ilə maraqlanır

“Marsel”in yarımmüdafiəçisi Daril Bakola transfer bazarında böyük maraq doğurur.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçuya “Arsenal”, “Ştutqart” və Dortmund “Borussiya”sı kimi klublar maraq göstərir.

Fransalı yarımmüdafiəçinin “Marsel”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir. O, 2025/26 mövsümündə Fransa çempionatında 7 oyunda iştirak edib.

Bakola UEFA Çempionlar Liqasının “Nyukasl”a qarşı keçirilən matçında (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.

The post “Arsenal” “Marsel”in futbolçusu ilə maraqlanır appeared first on Komanda.az.

❌