Reading view

Laymer: “Belə yerdə olmaq möhtəşəmdir”

Avstriyalı futbolçu Konrad LaymerBavariya” ilə müqaviləsini uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında deyib:

“Klubda özümü xoşbəxt hiss edirəm. Danışıqlara açığam. Belə yerdə olmaq möhtəşəmdir. Gələcəkdə nə olacağını bilmirəm, amma burda rahatam”.

Laymer bu mövsüm 24 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.

Konrad Laymer – Avstriyada 2025-ci ilin ən yaxşı futbolçusu!

Almaniyanın “Bayern” klubunun sağ cinah müdafiəçisi Konrad Laymer Avstriyada 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilmiş səsvermə nəticəsində 28 yaşlı Laymer 51 xal toplayıb.

İkinci yeri 2024-cü ildə bu mükafatı almış “Leypsiq”in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. Belqradın “Srvena Zvezda” (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) isə bu dəfə üçüncü olub.

Konrad Laymer “Bayern”ə 2023-cü ilin iyul ayında “Leypsiq”dən gəlib. 26 yaşlı futbolçu ilə 4 illik, 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, Münhen klubuna azad agent kimi keçib.

Avstriyalı futbolçu “Bayern”də indiyə qədər 113 oyuna çıxıb. Mərkəz yarımmüdafiəçisi bu görüşlərdə 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Laymer peşəkar karyerasına ölkəsinin “Liferinq” klubunda başlayıb. O, daha sonra “Zalsburq”un formasını geyinib. 2017-ci ildən 2023-cü ilə qədər “Leypsiq”də çıxış etmiş futbolçu Bundesliqa təmsilçisində 190 oyun keçirib, 15 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Avstriyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Laymer, 2019-cu ilin iyun ayından əsas millidə forma geyinir. O, Avstriya yığmasında 55 oyuna çıxıb, 7 qol vurub, 9 assist edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

❌