Reading view

Eren Aydın “Zirə”də – Rəsmi

Türkiyənin “Qalatasaray” klubunun yetirməsi olan hücumçu Eren Aydın bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

22 yaşlı türkiyəli futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, “Zirə”yə azad agent kimi qoşulub.

Qeyd etdiyimiz kimi, Eren Aydın “Qalatasaray”ın yetirməsidir. O, ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” kimi klublarının da şərəfini qoruyub. Erenin sonuncu iş yeri Ukraynanın “Veres” klubu olub. O, ötən mövsüm icarədə olduğu bu komandanın heyətində 10 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.

Eren Türkiyənin U-19 və U-23 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Qalatasaray”ın yetirməsi “Zirə”də

“Zirə” yeni futbolçuyla anlaşıb.

Futbolpress.az xəbər verir ki, “qartallar” Eren Aydını heyətinə qatıb. Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 21 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.

❌