Reading view

Laporta “Barselona”nın Super Liqa layihəsindən çıxmasını şərh etdi

“Barselona”nın prezidenti Xoan Laporta klubun Avropa Super Liqası layihəsindən çıxmasını şərh edib.

Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, funksioner qərarla bağlı bunları deyib:

“Super Liqanı həyata keçirmək mümkünsüz idi. Əlavə xərclər yaranırdı və faydası olmurdu. “Real”la da münasibətlərimiz yaxşı olmadığı üçün narahat idik.

Avropa futbolu ailəsinə qayıtdıq. Super Liqadan çıxmağımızı rəsmi elan etmişik. FIFA və UEFA ilə hər şey qaydasındadır. Avropa futbolunun inkişafı üçün bütün təşkilatlara yenidən qoşulacağıq”.

2021-ci ildə Avropanın tanınmış 12 klubu yeni liqa yaratmaq niyyətində olduğunu açıqlayıb. İdeya müəllifi isə “Real”ın rəhbəri Florentino Peres olub. Daha sonra UEFA və FIFA-nın təzyiqindən sonra klubların əksəir layihədən ayrılıb.

“Barselona”nın da Super Liqadan çıxmasıyla layihəni tək dəstləyən komanda “Real” qalıb.

Joan Laporta “Barselona”nın prezidenti vəzifəsindən istefa verdi

“Barselona”nın prezidenti Joan Laporta martın 15-də keçiriləcək seçkilərdə iştirak etmək məqsədilə tutduğu vəzifədən istefa verib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Qərar İdarə Heyətinin bu gün keçirilmiş iclasında rəsmiləşdirilib. Nizamnaməyə uyğun olaraq, Joan Laporta ilə yanaşı, klubun İdarə Heyətinin bir neçə üzvü – vitse-prezidentlər Elena Fort, Rafael Eskudero, həmçinin Ferran Oliver, Xosep Maria Albert, Xavyer Barbani, Migel Kamps, Aureli Mas, Xavyer Puiq və Joan Soler Ferre də seçki prosesinə qatılmaq üçün vəzifələrindən ayrılıblar.

30 iyun tarixinə qədər klubun idarəetməsini prezident Rafael Yuste, vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro və digər İdarə Heyəti üzvləri (Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust, Sisko Puyol) həyata keçirəcəklər.

Xatırladaq ki, “Barselona” hazırda İspaniya La Liqasında 54 xalla turnir cədvəlinə başçılıq edir. Almaniyalı mütəxəssis Hansi Flikin rəhbərlik etdiyi komanda cari mövsümdə keçirdiyi 23 oyunda 19 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

❌