Reading view

Bombardirlik yarışı: iki alman, bir serb

Azərbaycan Premyer Liqasında bombardirlik yarışına 9 qolla “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Velko Simiç başçılıq edir.

Futbolpress.az xəbər verir ki, Mikels bu saya 14, Simiç isə 18 oyunda nail olub.

3-7-ci yerlərdə isə 4 futbolçu eyni sayda qol vurub. Bunlar “Qarabağ”dan Toral Bayramov, “Araz-Naxçıvan”dan Ba-Muaka Simakala, “Şamaxı”dan Kərim Rossi və “İmişli”dən Dieqo Almeydadır.

8-10-cu pillələrdə isə 6 qolu olan futbolçular yer alıb. “Neftçi”dən Bassalu Sambu, “Qəbələ”dən Domi Massumo və “Sumqayıt”dan Aleksandr Ramalinqom “10-luğ”u tamamlayır.

“Qol krallığı” yarışında yer alan ilk üç futbolçu da legionerdir. Mikels və Simakala alman, Simiç isə serbdir.

“Sabah”ın hücumçusunun son durumu

“Sabah”ın futbolçusu Coy-Lens Mikels fərdi məşqlərini davam etdirir.

Futbolpress.az-ın məlumatına görə, alman hücumçu hələ zədəsini tam sağaltmayıb.

Mikelsin Premyer Liqanın XX turunda “Qəbələ” ilə səfər görüşündə də iştirakı sual altındadır. Hücumçu komandanın son iki matçını buraxıb.

Mikels bu mövsüm Premyer Liqada 9 qolla bombardirdir.

❌