Reading view

Şon Dayç “Nottingem Forest”dən qovuldu

İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest” komandasının baş məşqçisi Şon Dayç istefaya göndərilib.

Arena.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Premyer Liqanın 26-cı turunda “Vulverhempton”a qarşı keçirilmiş və qolsuz heç-heçə ilə başa çatmış oyundan sonra vəzifəsindən azad edilib.

Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb.

Qeyd edək ki, bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.

Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.

Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.

Premyer Liqa klubunda baş məşqçi ayrılığı

İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi Şon Dayç ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Dayç sentyabrda “Nottingem Forest”ə baş məşqçi təyin edilmişdi

Komanda Premyer Liqada 26 turdan sonra 27 xalla 17-ci sıradadır.

❌