Qarsiya hakimlərdən narazıdır
“Barselona”nın futbolçusu Erik Qarsiya İspaniya Kubokunda “Atletiko”ya uduzduqları oyunu (0:4) şərh edib.
Futbolpress.az AS nəşrinə istinadən xəbər verir ki, müdafiəçi görüşün hakimliyindən narazı qaldığını bildirib:
“Ofsayd epizodunda VAR-a 6 dəqiqə baxıldı. Birinci dedilər, işləmir. Sonra gedib VAR-a baxırlar. Düzü, heç monitorda nəsə olduğunu görmədim. Yarıavtomatik sistemlə hər şey aydın və daha sadə izah edilməlidir. Son vaxtlar hakim qərarları əleyhimizə olur. “Atletiko”nun futbolçusu Juliano Baldeyə qarşı kobud oynadı və aşkar qırmızı vərəqə verilməliydi. Lakin hakimin fikri fərqli oldu. Bizə qarşı qərarlar asanlıqla verilir”.
Komandalar arasındakı cavab oyunu martın 3-də olacaq.