Reading view

Ruanda futbolunun inkişafı

Azərbaycan Premyer Liqasının üç fərqli klubunda oynayan Mikels qardaşları (Coy-Lens Mikels (“Sabah”), Leroy Mikels (“Zirə”) və Coy-Slayd Mikels (“Karvan-Yevlax”) Ruanda millisinə çağırılıb.

Nadir hadisədir.

Ekzotik məsələdir.

Deməli, AFFA Futbolun İnkişafına dair Strategiya adlı yeni proqram qəbul edib və bir ildir ki, əlləşir-vuruşur, bu proqramın harasındansa icraata başlamaq istəyir.

Hədəf milli komanda üçün keyfiyyətli futbolçu yetişdirmək və s. olsa da, hələ bunun nəyinin harasından başlanması məlum olmayıb.

Ancaq legioner limitinin ləğvi qərarı “nəyin harasından başlamaq” tərəddüdünə düçar olmadan qəbul olunmuşdu.

İndi onun pöhrələrini, ilkin cücərtilərini görürük. Ruanda millisinə birdən-birə üç futbolçu hazırlayıb təhvil verdik.

Təmiz, şəffaf, rəqabətədavamlı mühit belə ecazkar nəticələri ilə marağa səbəb olur.

Davamını gözləyək…

Kamil Əhməd

❌