Normal view

Before yesterdayMain stream

Azarkeş də uduzdu

11 December 2025 at 10:09

“Qarabağ” – “Ayaks” (2:4) oyununa 1400 niderlandlı gəlmişdi. Cari ÇL mövsümünün ən pis nəticələrinə uğramış “Ayaks”ı 3800 km. uzaqda dəstəkləməyə o qədər azarkeş gəlmişdi. Bəli, azarkeş…

Hansı ki, “Qarabağ”ın avrokubok oyununa 30.000 baxmağa (!) gəlir, ölkə çempionatı oyununa isə ən çox 300.

…Və o 1400 nəfər 30 min yerli azarkeşdən daha kompakt, daha gurultulu idi. Susdurdu…

Azarkeşlərimiz “Qarabağ”ı möhkəm qınayır, hətta Qurban Qurbanovu tənqid atəşinə tutub əvəzetmələrində, taktikasında səhv axtarırlar.

Ancaq dünən meydanda uduzan həm də azarkeşimiz idi. Biz nəyisə hamılıqla düz etmirik, yoldaşlar…

Kamil Əhməd

Zərərli israr və ya uduzanda razı olmayaq

11 December 2025 at 08:01

Milyard il də olsa, Qurban Qurbanovu qınayanlardan müdafiə edərəm, amma cəmi iki məsələyə görə yox:

•⁠ ⁠Uduzduğumuz oyundan “razı qalması”
•⁠ ⁠⁠Bəzən hansısa futbolçunun lehinə inad etməsi

İllərdir Qurban müəllimi detallı izləyirəm, araşdırıram. Onda bu iki məsələdə inadkarlıq heç yaxşı hal deyil.

İlk dəfədir bunu qeyd edirəm, əvvəllər onun əziz xətrinə görə toxunmurdum.

Qurbanov nadir şəxsiyyətdir ki, Azərbaycan futboluna XİDMƏT edib. O, bizimçün mənəvi anlamda toxunulmazdır. Ondan öyrənməliyik və yeni-yeni ideyalarının gerçəkləşməsinə/icrasına meydan verməliyik.

Ancaq bütün bu pozitivlərin ucaltdığı bu şəxsiyyətin tənqid olunmalı məqamını da artıq qeyd etmək VACİBDİR.

Bəzən legionerə, bəzən yerli oyunçuya görə – inad edib, ona inanılmaz dərəcədə dəstək verib, şans tanıyıb. Olan olub, keçən keçib – lakin indi biz yüksəlişdə/öyrənməkdə olan “Qarabağ”dan deyil, 12 ildir sərasər avrokuboklarda çıxış edən klubdan danışırıqsa, artıq baxış bucağında dəyişikliyə ehtiyac var.

***

“Qarabağ” klub olaraq cari ÇL mövsümünə xəsis yanaşdı. Xəsis deyilsə, onda qeyri-ciddi…

Belə olmur…

***

Nəriman dünya futbol təfəkkürünə görə gənc sayılmır. Bu yaşda futbolçu ustalığa namizəd/usta olur. Ancaq bu növcavan hər formada göstərir ki, ona ümid bəsləmək əbəsdir.

Gəncdir, hələ öyrənəcək?! Artıracaqsa belə, bu eksperiment “Qarabağ”da olmamalıdır.

Andrade kimi top saxlama, müdafiə-hücum fazasında dinamik balans yaratma, pressinq kimi keyfiyyətləri olan futbolçunu çıxarıb, yerinə Nərimanı salmaq irəlidə olduğumuz oyunu uduzmağa səbəb olan əsas qərar idi.

Nəriman pressinqdə yoxdur, top qəbulunda həvəskar səhvlər edir, meydanda yerini belə doğru təyin edə bilmir.

Və bu oyunçu iki ildir ki belədir…

“Çelsi” ilə dominant oynayarkən əvəzetmələrdən sonra “sındıq” və qələbəni əldən verdik, “Ayaks”a qarşı da hərtərəfli üstünlük yaratmışkən edilən əvəzetmələr bizdə eniş, rəqibdə yüksəliş yaradırsa… barı oyundan “razı qalmayaq”, Qurban müəllim.

Elçin Cəlilov

❌
❌