Reading view

Emre Can “Borussiya” ilə yeni müqaviləyə imza atdı

Almaniyanın “Borussiya” komandasının kapitanı, dayaq yarımmüdafiəçisi Emre Can Dortmund klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı türkəsilli almaniyalı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ilin yayında bitəcəkdi.

Dayaq yarımmüdafiəçisi olan Emre futbola “Blau Qelb” klubunda qədəm qoyub. Buradan Frankfurt “Ayntraxt”ı və ardınca Almaniya nəhəngi “Bayern”ə yol tapmış Can 2011-ci ildə böyük futbolda debüt edib.

Emre Can karyerası ərzində “Bayer”, “Liverpul” və “Yuventus”da çıxış edib. Dortmund “Borussiya”sı Emre Canı 2020-ci in iyulunda 25 milyon avro məbləğ müqabilində “Yuventus”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Buna qədər Can Dortmund klubunda icarə əsasında oynayıb.

Cari mövsümdə Emre “Borussiya”nın heyətində bütün yarışlarda 16 oyuna 3 qol vurub. Canın Dortmund komandasının heyətində çıxışının ümumi mənzərəsi 220 oyun, 23 qol və 12 məhsuldar ötürmədən ibarətdir.

Emre 2015-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 48 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Emre Canın qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqası Çempionluğu, Almaniya Kuboku, Almaniya Super Kuboku və Çempionlar Liqası, “Yuventus”la qazandığı İtaliya A Seriyası çempionluğu (2 dəfə) və İtaliya Super Kuboku var. “Borussiya” ilə isə Emre Can Almaniya Kubokunun qalibi olub. Həmçinin Can “bundestim”lə 2017-ci il Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bundesliqa: “Leypsiq”dən “Hoffenhaym”a 5 cavabsız qol

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Leypsiq” doğma meydanda “Hoffenhaym”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 xalı 5 cavabsız qolla əldə ediblər.

27-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
27-ci tur
20 mart

Leypsiq – Hoffenhaym 5:0
Qollar: Qruda, 17; 44. Baumqartner, 21; 30. Henriks, 78.

21 mart

18:30. Bayern – Union Berlin
18:30. Köln – Borussiya (Mönhenqladbax)
18:30. Haydenhaym – Bayer
18:30. Volfsburq – Verder
21:30. Borussiya (Dortmund) – Hamburq

22 mart

18:30. Maynts – Ayntraxt
20:30. Sankt Pauli – Frayburq
22:30. Auqsburq – Ştutqart

Mahir Emreli: “Baş məşqçi məndən razıdır”

Futbol üzrə Azərbaycan millisinin və “Kayzerslautern”in Mahir Emreli Almaniyanın “Treffpunkt-betze” nəşrinə açıqlama verib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 26-cı turunda “Karlsrue” ilə oyunda qol vurması barədə danışıb:

“Azarkeşlər çoxlu mesajlar göndərdilər, mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atmış Mahir onun üçün emosional an olduğunu vurğulayıb:

“Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq (“Kayzerslautern” forması ilə 2-ci Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra”.

Xatırladaq ki, “Kayzerslautern” “Karlsrue”ni 3:0 hesabıyla məğlub edib. 83-cü dəqiqədə meydana çıxmış Mahir Emreli 90+4-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, onun Almaniya klubunun heyətində 9-cu oyunda 2-ci qoldur.

Bundesliqa: “Ştutqart” “Leypsiq”i tək qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Verder” doğma meydanda “Maynts”a, “Frayburq” “Union Berlin”ə məğlub olub. “Ştutqart” isə “Leypsiq”lə ev oyunundan qalib ayrılıb.

Beləliklə, cari mövsümün geridə qalmış 26 turundan sonra 67 xal toplamış “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 58 xalla ikinci pillədə qərarlaşıb. “Hoffenhaym”la “Ştutqart” 50, “Leypsiq” 47, “Bayer” 45, “Ayntraxt” 38 xal toplayıb.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

Bayer – Bayern 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.

15 mart

Verder – Maynts 0:2
Qol: Nebel, 6. Li, 52.

Frayburq – Union Berlin 0:1
Qol: Yonq, 90+2.

Ştutqart – Leypsiq 1:0
Qol: Undav, 56.

Mahir Emreli “Karlsrue”yə qol vurdu, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Karlsrue” ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutmuş bu görüş “Kayzerslautern”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Torsten Liberknext bu matçda Emreliyə də şans verib. Azərbaycanlı hücumçu 83-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Mahir vurub. O, 90+4-cü dəqiqədə fərqlənib.

26 turdan sonra 40 xalı olan “Kayzerslautern” 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 26 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu bu komandanın heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir ötən mövsümü Almaniyanın digər klubu “Nürnberq”də keçirib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 59 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Bundesliqa: “Bayern”lə “Bayer”dən heç-heçə

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

“Hoffenhaym” – “Volfsburq” və “Hamburq” – “Köln” matçlarında qalib müəyyənləşməyib. Turun mərkəzi oyununda üz-üzə gəlmiş “Bayer”lə lider “Bayern”in görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dortmund “Borussiya”sı doğma meydanda “Auqsburq”a, “Ayntraxt” isə “Haydenhaym”a qalib gəlib.

26-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

Bayer – Bayern 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69.

Borussiya (Dortmund) – Auqsburq 2:0
Qollar: Adeyemi, 13. Recciani, 59.

Ayntraxt – Haydenhaym 1:0
Qol: Kalimuendo, 53.

Hoffenhaym – Volfsburq 1:1
Qollar: Promel, 83 – Kulyerakis, 65.

Hamburq – Köln 1:1
Qollar: F.Vyeyra, 39 – Əl-Mala, 45.

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

Bundesliqa: “Borussiya” “Sankt Pauli”ni xalsız yola saldı

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Mönhenqladbax “Borussiya”sı doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

26-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
26-cı tur
13 mart

Borussiya (Mönhenqladbax) – Sankt Pauli 2:0
Qollar: Stoger, 37. Honorat, 63.

14 mart

18:30. Bayer – Bayern
18:30. Borussiya (Dortmund) – Auqsburq
18:30. Ayntraxt – Haydenhaym
18:30. Hoffenhaym – Volfsburq
21:30. Hamburq – Köln

15 mart

18:30. Verder – Maynts
20:30. Frayburq – Union Berlin
22:30. Ştutqart – Leypsiq

❌